Azərbaycan Respublikasının Prezidenti
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2019 -cu ildə ispan,italyan və fransız dilllərində nəşr edilən “AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV MULTİKULTURALİZMİN AZƏRBAYCAN MODELİ HAQQINDA” kitabının PDF variantı
Dəyirmi masada alimlər və dövlət rəsmiləri istirak ediblər.
Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru İrina Kunina ölkəmizdəki etno-mədəni və konfessional müxtəliflikdən, multikulturalizmin Azərbaycanda dövlət siyasəti müstəvisində həyata kecirilməsindən, eləcə də “Bakı Prosesi”, mədəniyyətlərarası və dinlərarası dialoqda Azərbaycanın oynadığı qlobal roldan söz açan təqdimatla çıxış edib.
Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Bibliya Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Müasir Azərbaycanda multikulturalizm harmoniyası və tolerantlıq nümunəsi" mövzusuna həsr olunan konfrans keçirilib.
Qırğızıstanın paytaxtı Bişkek şəhərində ABŞ-in Brigham Young Universitetinin Hüquq və Din üzrə Beynəlxalq Mərkəzi, Qırğızıstan-Rusiya Slavyan Univeresiteti nəzdində fəaliyyət göstərən UNESKO-nun Dünya Dinləri və Mədəniyyətləri Kafedrası və Dini Araşdırmalar üzrə Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə “Post-sovet məkanında dünvəyvilik, sekulyarlıq və din: tarixi, hüquqi və fəlsəfi dünyagörüşü aspektlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Braziliyada “Azərbaycan multikulturalizmi” fənnini tədris edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı, Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi İrina Kunina qeyd edib ki, kursa maraq hər gün artır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan “Multikulturalizm” verilişinin növbəti buraxılışı yayımlandı.Qəbələnin Nic kəndindəki “Alban Udi Ocağından” hazırlanan verilişdə Qafqaz Albaniyasından,onun varisləri olan udilərdən, eləcə də BBMM-in “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində gerçəkləşən növbəti beynəlxalq konfransdan söz açılır. Verilişdə yerli və xarici alimlərin (Həcər Verdiyeva,Anar İsgəndərli,Məhəbbət Paşayeva,Riçard Danakari,Roman Lolua Rasa Çapaytene), eləcə də Alban-Udi Xristian Dini İcmasının rəhbəri Robert Mobilinin müsahibəsinə yer ayrılıb.
30 oktyabr 2019-ci il tarixindən başlayaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Argentina Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə Argentinanın Belgrano, Boenos Aires və Tres de Febrero kimi aparıcı universitetlərində Azərbaycan multikulturalizm modeli ilə bağlı silsilə seminarlar təşkil olunacaqdır.
Azərbaycan Dillər Universiteti, ölkəmizin Braziliyadakı səfirliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Braziliya Dövlət Universitetində multikulturalizm mövzusunda silsilə mühazirələr keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında: Seçilmiş fikirlər (Azərbaycan, rus və ingilis dil lərində). – Bakı: Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, 2017. - 520 səh.
Bu dəfə Ukrayna Prezidenti yanında İdarəçilik Akademiyasında təqdimat baş tutdu.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir.
Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu mərkəz olub.
Qafqaz Albaniyası mövzusuna həsr olunan beynəlxalq konfrans çox böyük əhəmiyyət kəsb edir.
Qafqaz Albaniyasına dair beynəlxalq konfransın Qəbələ rayonunun Nic qəsəbəsindəki Alban Udi Ocağında keçirilməsinin xüsusi əhəmiyyəti var.
Türkiyənin Kayseri şəhərindəki Erciyes Universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi davam edir.
"Multikulturalizmə giriş" fənninin tədrisi və eyni adlı yeni dərsliyin nəşri mövzusuna həsr olunan verilişin qonaqları Koorperasiya Universiteti Humanitar fənlər kafedrasının baş müəllimi Nizami Məmmədov və Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədlidir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir.