Argentinanin Salvador Universitetində də Azərbaycan multikulturalizmi modelinə həsr olunmuş dəyirmi masa təşkil olunub.
Argentinanin Salvador Universitetində də Azərbaycan multikulturalizmi modelinə həsr olunmuş dəyirmi masa təşkil olunub. Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru İrina Kunina ölkəmizdəki etno-mədəni və konfessional müxtəliflikdən, multikulturalizmin Azərbaycanda dövlət siyasəti müstəvisində həyata kecirilməsindən, eləcə də “Bakı Prosesi”, mədəniyyətlərarası və dinlərarası dialoqda Azərbaycanın oynadığı qlobal roldan söz açan təqdimatla çıxış edib. Latin Amerikası ölkələrində silsilə şəklində davam edən “Azərbaycan multikulturalizmi”nin tədrisi, seminar və dəyirmi masalar olkəmizin multikultural ənənələrinin dünyada tanıdılmasında mühüm rol oynamağa başlayıb. Bu istiqamət gələcəkdə də BBMM tərəfindən davam etdiriləcəkdir.