Türkiyədə “Azərbaycan multikulturalizmi” dərsləri davam edir

Türkiyənin Kayseri şəhərindəki Erciyes Universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi davam edir. Universitetin Sosyal Bilimler fakültəsində hazırlanan proqram əsasında seçmə dərs olaraq magistrlər bu dərslərə qatılıb. Dərslərdə multikulturalizmin dövlət siyasəti kimi qəbul edən Azərbaycanda milli azlıqlar, onların milli mədəni inkişafı üçün yaradılan imkanlar barədə geniş məlumat verilir. Azərbaycanda yaşayan azsaylı xalqların özünü ifadə etməsinin başqa ölkələr üçün də örnək təşkil etməsinin gərəkliliyi anladılır. Bundan başqa dərslərdə Azərbaycan dili, mədəniyyəti , onun təcrübəsi öyrədilir. Fənni  Erciyəs Universitetinin Ermənişünaslıq kafedrasının professoru Qafar Çaxmaqlı tədris edir. Qafar Çaxmaqlı burada tədris olunan dərslərin davamlı xarakter daşıdığını, bundan əvvəlki illərdə multikulturalizm dərsi alan bir neçə tələbənin Azərbaycanda Beynəlxalq Multikulturalizm Qış Məktəbinə qatılmaları və onların Azərbaycandan çox böyük təəssüratla qayıtmlarını xüsusi qeyd edib. Əvvəlki illərdə olduğu kimi dərslərin tədrisində əsas məqsəd öncə Azərbaycanı, burada yaşayan xalqları, onların dilini, adət-ənələrini, zəngin mədəniyyətini tanıtmaqdır . İkincisi isə Azərbaycanın çoxmillətli bir ölkə olduğu, burada yaşayan digər xalqlara qarşı tolerant yanaşma və son zamanlar dünyanın bir çox ölkələrinin də təqdir etdiyi örnək təcrübədən bəhs ediləcəkdir. Azərbaycan multikulturalizm dəyərlərinin, toleratlığının təbliği üçün 2019-cu ilin noyabr ayında Kayseri Milli Türk Talebe Birliyində “Azərbaycan çoxkültürlülüyü. Milli- mənəvi dəyərləri üçün bir örnəkdir” adlı konfransın keçirilməsi nəzərdə tutulur.

Etiketlər