Azərbaycan Respublikasının Prezidenti
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
Konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Dillər Universitetinin, Azərbaycan İlahiyyat İnstitutunun, İsrailin Bar-İlan Universitetinin yanında Aaron və Rahel Dahan adına İspaniya və Şərq yəhudiləri icmalarının mədəniyyət, təhsil və irsinin öyrənilməsi Mərkəzinin, eləcə də Akşelon Akademik Kollecinin birgə təşkilatçılığı ilə təşkil olunur.
A.Rəhimov multikulturalizm.gov.az saytına müsahibəsində bölüşüb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsini 2015-ci ildən həyata keçirir.
Verilisdə Azərbaycanda yaşayan xalqların etnik mədəniyyətindən bəhs edən yeni bir kitabdan söhbət açıldı
Noyabrın 22-24 tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində Cənubi Qafqaz ali məktəblərinin bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulan Qafqazda Avropaşünaslıq mövzusunda dərsliyin nəşrinə hazırlıq məqsədilə seminar keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı elan etdiyi qrant müsabiqəsinə dair məlumatlandırma sessiyası təşkil olunub.
Noyabrın 25-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə maliyyə dəstəyi ilə nəşr olunan “Azərbaycan multikulturalizmi. Etnik müxtəliflik xəzinəsi” (Azerbaiyani multiculturalizm. The Treasure of Ethnic Diversity) adlı kitabın təqdimat mərasimi keçirilib.
Noyabrın 13-15-də, Türkəmənistanın paytaxtı Asqabad şəhərində "Təhsil və idman" problemlərinə həsr olunan beynəlxalq konfransda Azərbaycan Texniki Universitetinin professoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən çap olunan “Multikulturalizmə giris” dərsliyinin müəlliflərindən biri, “Azəbaycan multikulturalizmi” fənninin tədrisini həyata keçirən Əyyub Kərimov da iştirak edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetinin Təlimdə İnnovasiyalar kafedrasının baş müəllimi, Əlavə təhsil və təcrübə fakültəsinin dekan müavini Anar Rəhimov Mərakeş Krallığının nüfuzlu dövlət universitetlərində mühazirələr oxuyub.
Varşavada “Azərbaycan – Tarix, Cəmiyyət, Mədəniyyət” adlı elmi konfrans keçirilib.
Noyabrın 18-19-da Niderland Krallığının Haaqa şəhərində bu ölkənin Xarici İşlər Nazirliyi və “Universal Hüquqlar Qrupu” qeyri-hökumət təşkilatının birgə təşəbbüsü ilə “İstanbul prosesi”nin “Dini dözümsüzlüklə mübarizə: İnklüziv və dözümlü cəmiyyətlər qurmaq, nifrət və zorakılığı geridə qoymaq” mövzusunda növbəti VII görüş keçirilib.
Taras Şevçenko adına Milli Muzeydə tələbələr arasında “Azərbaycan multikulturalizmi fundamental sülh və tolerantlıq konsepsiyası kimi” mövzusunda Ümumukrayna esse müsabiqəsinin qaliblərinin təltif edilməsi mərasimi keçirilib.
Dünya dini liderlərinin II Bakı Sammitində iştirak etmək üçün ölkəmizdə səfərdə olan bir qrup ABŞ senatoru ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) görüş keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan “Multikulturalizm” verilişinin növbəti buraxılışı yayımlandı.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsini 2015-ci ildən həyata keçirir.
Növbəti belə tədbir V.N. Karazin adına Xarkov Milli Universitetdə baş tutub.
Bu dəfə Ukraynanın Xarkov şəhərində yerləşən Dövlət Dəmir Yolu Universitetində tələbələrə Azərbaycan multikulturalizmi haqqında məlumat verilib.
Seminarda çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı, Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi İrina Kunina Azərbaycandakı etnik qruplar, onların münaqişə olmadan, qarşılıqlı anlaşma şəraitində yaşaya bilməsi faktı, eləcə də, dövlət başçısının bu multikultural cəmiyyətdəki inteqrasiya və idarəetmə siyasəti barədə geniş məlumat verib. Sonra seminar iştirakçılarının sualları cavablandırılıb.
BBMM-in əməkdaşi, filologiya üzrə fəlsəfə doktoru İrina Kunina ölkəmizdəki etno-mədəni və konfessional müxtəliflik, eləcə də multikulturalizmin Azərbaycanda dövlət siyasəti müstəvisində həyata kecirilməsi, mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı qlobal rol haqda geniş məlumat verib.