Azərbaycan multikulturalizmi Bişkekdə müzakirə olunub

Qırğızıstanın paytaxtı Bişkek şəhərində ABŞ-in Brigham Young Universitetinin Hüquq və Din üzrə Beynəlxalq Mərkəzi, Qırğızıstan-Rusiya Slavyan Univeresiteti nəzdində fəaliyyət göstərən UNESKO-nun Dünya Dinləri və Mədəniyyətləri Kafedrası və Dini Araşdırmalar üzrə Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə “Post-sovet məkanında dünvəyvilik, sekulyarlıq və din: tarixi, hüquqi və fəlsəfi dünyagörüşü aspektlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransda dünyəvilik və sekulyarlıq anlayışları və onların əsasları, dinin siyasi ideoloji konteksti, dövlət-din münasibətləri, radikallaşma və ekstremizm kimi mövzular müxtəlif hüquqi, tarixi və fəlsəfi prizmalardan müzakirə edilib, eyni zamanda, post-sovet ölkələrinin bu sahələrdəki elmi və praktiki təcrübələrinə dair məruzələr dinlənilib.

Konfransda Rusiya, ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, İtaliya, Ukrayna, Belarus, Azərbaycan, Qazaxtan və digər ölkələrdən olan nümayəndərlər iştirak edib. Konfransda Azərbaycanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Rəhim Rəhimov təmsil edib. O, konfransda “Dünyəvilik prinsipi və onun post-sovet  məkanındakı dövlətlərdə reallaşdırılması” adlı plenar sessiyada “Multikulturalizmin Azərbaycan Modeli: nəzəriyyə və praktika” adlı məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi uğurla həyata keçirilən multikulturalizmin elmi-praktiki və dövlət siyasəti kimi unikal xüsusiyyətlərindən bəhs edilib. Azərbaycan multikulturalizmi modelinin, Prezident İlham Əliyevin vurğiladığı kimi Azırbaycanda həm dövlət siyasəti, həm də həyat tərzi olması konfrans iştiraçıları, xüsusən də Şimali Amerika və Avropadan olan iştirkçılar tərəfindən böyük maraqla qarşılanıb. Məruzədə akademik Kamal Abdullanın, professor Etibar Nəcəfovun və doktor Rəvan Həsənovun elmi təhlil və fikirlərinə istinad edilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti

28.10.2019