Yaponiyada Azərbaycan multikulturalizmi dərsləri davam etdirilir
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hazırda sözügedən layihə çərçivəsində respublikamızın 39, dünyanın 21 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni uğurla tədris edilir.
Yaponiyanın ən nüfuzlu 5 universitetindən biri olan Hokkaydo Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı müntəzəm dərslərə hələ 2017-ci ildən start verilib. Bu günlərdə Hokkaydo Universitetində dərslərin davam edilməsinə başlanılıb. Dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Hokkaydo Universiteti Slavyan Avrasiya Araşdırmalar Mərkəzinin razılığı əsasında həyata keçirilir. Fənni Hokkaydo Universitetində konfliktologiya elmləri üzrə PHD təhsili alan yaponşünas alim, Yaponiya hökümətinin dövlət təqaüdçüsü Əlibəy Məmmədov tədris edir. Dərslər yapon dilində keçirilir