Azərbaycan Respublikasının Prezidenti
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
13.11.2021 tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Azərbaycanın ali təhsil müəssisələrində "Multikulturalizmə giriş" fənninin tədrisini həyata keçirən müəllimlərə treninqlərin keçirilməsinə start verilmişdir.
Sabunçu Rayon Gənclər Evi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü və Azərbaycanın Multikulturalizm Modeli” mövzusunda seminar-muhazirə keçirilib. Seminarda BBMM-in Analitika şöbəsinin müdiri, fəlsəfə doktoru Rəşad İlyasov mövzu ilə bağlı mühazirə oxuyub, sonra isə sualları cavablandırıb.
Noyabrın 12-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Zəfər bayramı və Axıska türklərinin tarixi vətənlərindən sürgün olunmasının 77-ci il dönümü ilə bağlı tədbir keçirilib.
Biz klassik ədəbiyyatımızın konturlarını yalnız keçmişimizin mənzərəsi kimi yox, həm bu günümüzün, həm də gələcəyimizin ifadəsi, yol xəritəsi kimi nəzərdən keçirməliyik. Gerçəkdən də, ali həqiqətlər, yüksək mənəvi dəyərlər əvvəlcə ədəbi-fəlsəfi əsərlərdə öz ifadəsini tapır, yalnız bundan sonra sənədlərə, qanunlara köçürülür.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, adət-ənənələrinin təbliğ edilməsi" layihəsi çərçivəsində növbəti sənədli film hazırlayıb. Sayca altıncı olan filmdə Azərbaycanda yaşayan talışlar, onların həyat tərzi, adət-ənənələri, mədəniyyəti barədə geniş məlumat verilir.
Ankarada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və ölkəmizin mədəniyyətinin beynəlxalq arenada təmsil etmək məqsədi ilə yaradılan “Ankara Azərbaycan Mədəniyyət və İncəsənət Dərnəyi”nin birgə təşkilatçılığı “Bu zəfər hamımızın ortaq zəfəri” adlı tədbir keçirilib.
Şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları zamanı ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək böyük qəhrəmanlıq nümunələri göstərib, igidlik və şücaət nümayiş etdiriblər. Vətən müharibəsində düşmən üzərində qazanılan şanlı Qələbə Azərbaycan xalqının birliyinin təntənəsidir.
Vətən müharibəsində birlik və həmrəylik nümayiş etdirərək dəmir yumruq kimi birləşən müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşları çiyin-çiyinə döyüşərək işğala son qoyublar. Bu barədə noyabrın 4-də Bakı Beynəlxalq Multikuturalizm Mərkəzi (BBMK) və Quba Rayon İcra Hakimiyyətinin 8 Noyabr - Zəfər Günü münasibətilə birgə təşkil etdiyi “Biz birlikdə güclüyük” mövzusunda konfransda bildirilib.
Noyabrın 4-də Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Biz birlikdə güclüyük” mövzusunda tədbir keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Ukrayna Konqresinin təşkilatçılığı və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin iştirakı ilə onlayn konfrans keçirilib. 8 noyabr – Zəfər gününə həsr olunmuş tədbir Ukrayna ilə telekörpü şəklində baş tutub.
Azərbaycana gəlməmişdən və Qarabağa getməmişdən əvvəl orada məni nələrin gözlədiyindən xəbərsiz idim. Ağdamı görəndən sonra ilk olaraq oranı atom bombasının atıldığı Xirosima ilə müqayisə etdim. Ağdamı görəndə ağlıma gələn ilk söz “müharibə cinayətləri” oldu - bəşəriyyətə, mədəniyyətə və ibadət yerlərinə qarşı törədilən müharibə cinayəti. Bu, tamamilə qəbuledilməz haldır.
Multikulturalizmin hökm sürdüyü bu ölkədə olmaqdan çox məmnunam. Bizim nümayəndə heyətinə həm yəhudilər, həm xristian yepiskop və keşiş, həm də müsəlman din xadimləri daxildir. Biz Azərbaycanda gördüklərimizdən çox şadıq.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Beynəlxalq Multikulturalizm” elmi araşdırmalar jurnalının 2021-ci ildə ikinci sayı nəşr edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan "Multikulturalizm" verilişinin növbəti buraxılışı yayımlandı. Verilişin qonaqları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov oldu.
Oktyabrın 29-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Bütün təhdidlərə qarşı multikulturalizm və dini harmoniyanın təmin olunması” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində İsveçdən gələn jurnalistlərlə görüş keçirilib. Görüş zamanı BBMM-in icraçı direktoru Rəvan Həsənov qonaqlara Azərbaycan multikulturalizm modeli, eləcə də Mərkəzin həyata keçirdiyi layihələr haqda geniş məlumat verib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Dodo” qəzetinin (2017-2020) 3 illik buraxılışının kitab şəklində nəşri münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan BBMM-in analitika şöbəsinin müdiri Rəşad İlyasov qonaqları salamlayaraq, görüş haqda məlumat verib.
ABŞ-ın Los-Anceles şəhərinin bir qrup dini icma rəhbəri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub. Görüşdə Mərkəzin icraçı direktoru Rəvan Həsənov Prezident İlham Əliyevin yürütdüyü uğurlu multikulturalizm siyasəti, Azərbaycan multikulturalizmi modelinin üstünlükləri, “Bakı prosesi”, eləcə də rəhbərlik etdiyi qurumun yeddiillik fəaliyyəti dövründə həyata keçirilən layihələr və 10 ölkədə fəaliyyət göstərən filiallarının fəaliyyəti haqqında geniş məlumat verib.
Azərbaycan Televiziyası ölkəmizdə yaşayan ləzgilərin həyat tərzi, adət və ənənələrindən bəhs edən film hazırlayıb.
Seminarda ölkəmizdə fəaliyyət göstərən milli və dini icmaların nümayəndələri, eləcə də Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri iştirak ediblər.