Azərbaycan Respublikasının Prezidenti
![]()
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
2018-ci ilin oktyabr ayından etibarən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası (AzTV) ilə birgə telelayihəsi olan “Multikulturalizm” verilişinə start verilmişdir. Veriliş ayda iki dəfə olmaqla 30 dəqiqə həcmində hazırlanır. Verilişlərdə BBMM-in fəaliyyəti - görülən işlər, həyata keçirilən layihələrlə yanaşı, bütövlükdə Azərbaycanın multikulturalizm siyasəti öz əksini tapır. Bu günə qədər media və multikulturalizm, azərbaycanlıların soyqırımı, tolerantlıq günü, Bakı prosesi, VI Bakı Beynəlxalq Humanitar Forumu, Qafqaz Albaniyası və udilər, həmrəylik, şəhidlik, habelə, bir çox digər mövzularda onlarla yerli və xarici qonağın iştirakı ilə 40-a yaxın veriliş təqdim olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Multikulturalizm" telelayihəsinin növbəti buraxılışı yayımlanıb. Verilişdə Azərbaycan və İraq türkmanları arasında mədəni əlaqələrdən söz açılıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Multikulturalizm" telelayihəsinin növbəti buraxılışı yayımlanıb. Verilişdə Mərkəzin "Qafqaz Albaniyasını öyrənirik" layihəsi, eləcə də Qəbələnin Nic qəsəbəsindəki alban abidələrindən söz açılıb.
Bakı Beynəlxalq Multukulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan "Multukulturalizm" verilişinin növbəti buraxılışı yayımlanıb. Veriliş Qubanın Qırmızı qəsəbəsində yaşayan dağ yəhudilərinə həsr olunub.
Multikulturalizm verilişi: Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Multikulturalizm" telelayihəsinin budəfəki buraxılışı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Multikulturalizm" telelayihəsində Füzuli şəhərində ermənilər tərəfindən dağıdılan mədəni irsimiz haqda söhbət açılıb.
"Multikulturalizm" verilişinin növbəti buraxılışı yayımlanlıb. Veriliş XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin işi və nəticələrinə həsr olunub.
"Multikulturalizm" verilişi - Xocalı soyqırımı
"Multikulturalizm" verilişinin növbəti buraxılışı yayımlanıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Multikulturalizm" telelayihəsinin növbəti buraxılışı yayımlanıb.
"Multikulturalizm" verilişi - Azərbaycandakı tolerantlıq ənənələri
“Multikulturalizm” verilişinin növbəti buraxılışı yayımlanıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Multikulturalizm" verilişinin növbəti buraxılışı yayımlanıb. Veriliş Hadrut qəsəbəsi və Azıx mağarasına həsr olunub.
"Multikulturalizm" verilişinin növbəti buraxılışı yayımlanıb. Verilişdə "Şuşa ili" çərçivəsində həyata keçirilən tədbirlərdən söhbət açılıb. Verilişin qonaqları Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Nuridə Allahyarova və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədlidir.
"Multikulturalizm" verilişinin növbəti buraxılışı yayımlanıb. Verilişdə Qarabağın işğaldan azad olunmuş ərazilərində, eləcə də indiki Ermənistan ərazisində dəyişdirilən və saxtalaşdırılan toponimlərdən söhbət açılıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan "Multikulturalizm" verilişinin növbəti buraxılışı yayımlanıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan "Multikulturalizm" verilişinin növbəti buraxılışı yayımlandı. Veriliş “Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” mövzusundakı XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinə həsr olunmuşdu.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Multikulturalizm" verilişinin bu dəfəki buraxılışı Ulu Öndər Heydər Əliyevin xatirəsinə ithaf olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan "Multikulturalizm" verilişinin növbəti buraxılışı yayımlandı. Verilişin qonaqları millət vəkili Ceyhun Məmmədov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli oldu.
Şuşadan hazırlanan verilişin qonaqları millət vəkili Tural Gəncəliyev və BBMM-in təhlilçisi Araz Qurbanovdur. Verilişdə 44 günlük Vətən müharibəsində qazanılan böyük qələbədə milli və dini birlik haqda söhbət aparılıb.