Azərbaycan Respublikasının Prezidenti
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü iş nəticəsində xaricdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi geniş coğrafiyanı əhatə etməkdədir. “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsini BBMM 2015-ci ildən həyata keçirir. Hazırda bu layihə çərçivəsində dünyanın 22 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur. Eyni zamanda bu fənnin tədrisi ölkəninin 40-a yaxın universitetinin magistratura pilləsində də həyata keçirilir. Bununla yanaşı, 2019-2020-ci tədris ilindən etibarən, Azərbaycan Prezidentinin tövsiyəsi və Təhsil nazirinin müvafiq əmri ilə ölkənin bütün ali təhsil məktəblərinin bakalavr səviyyələrində “Multikulturalizmə giriş” əsas fənn kimi tədris edilir. Bununla əlaqədar Təhsil Nazirliyi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə layihəsi olan “Multikulturalizmə giriş” dərsliyi də nəşr edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Koreyanın İNHA Universiteti ilə imzaladığı əməkdaşlıq müqaviləsinə əsasən, İNHA Universitetində “Multikulturalizm və interkulturalizm” kursu çərçivəsində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən “Multikulturalizmə giriş” fənninin tədrisi layihəsi çərçivəsində keçirilən növbəti treninqlər başa çatıb.
Multikulturalizm Mərkəzi treninqlər keçirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Hokkaydo Universiteti Slavyan Avrasiya Araşdırmalar Mərkəzində Azərbaycan multikulturalizmi fənninin tədrisini davam edir.
“Heydər Əliyev İli” çərçivəsində Bolqarıstan universitetində mühazirə təqdim edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində silsilə tədbirləri davam etdirir.
“Heydər Əliyev İli” çərçivəsində Paraiba Federal Universitetində mühazirə keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən “Multikulturalizmə giriş” fənninin tədrisi layihəsi çərçivəsində keçirilən növbəti treninqlər başa çatıb.
Azərbaycan multikulturalizm modeli mövzusunda mühazirə təqdim edilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Kliment Oxridski adına Sofiya Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi tərəfindən birgə keçirilən “Azərbaycan multikulturalizmi” kursunun tədrisi yekunlaşıb.
Braziliya universitetinin tələbələrinə Azərbaycan multikulturalizmi haqda mühazirələr təqdim olunub
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədrisi layihəsi çərçivəsində keçirilən növbəti treninqlər başa çatıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin uğurlu layihələrindən biri olan “Azərbaycan Multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədrisi davam edir.
Yaponiyada Azərbaycan multikulturalizminin tədrisi davam edir
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi oktyabrın 29-da növbəti treninqlərə başlayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Təhsil şöbəsinin müdiri İrina Kunina Azərbaycan Diplomatik Akademiyasında tələbə konfransında iştirak edib.
ADA Universiteti, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və İnkişaf və Diplomatiya İnstitutunun (ADA Universiteti) birgə təşkilatçılığı ilə sentyabrın 24-dən təlim proqramı başlayıb.
Uilyam Kimlika 1962-ci ildə Kanadada dünyaya gəlib. Multikulturalizm və siyasi fəlsəfə sahəsində çoxsaylı monoqrafiya və məqalələrin müəllifidir. Kimlika 1998-ci ildən Kanadanın Kinqston şəhərindəki Quens Universitetinin fəlsəfə kafedrasının professorudur.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən aprel ayının 4-dən 18-dək müddətdə Azərbaycanda ali məktəblərin bakalavr səviyyəsində tədris edilən “Multikulturalizmə giriş” fənninin monitorinqi aparılıb. Monitorinqlərdə tələbələrin bilik və bacarıqlarının səviyyəsinin müəyyənləşdirilməsi ilə yanaşı, eyni zamanda, onların bu fənnin tədrisi ilə bağlı sual, təklif və iradlarının öyrənilməsi məqsədi ilə sorğu da aparılıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ölkəmizdəki ali təhsil müəssisələri, eləcə də kolleclərdə “Multikulturalizmə giriş” fənnini tədris edən müəllimlərə treninqlərin keçirilməsinə başlayıb.