Argentina və Uruqvayda “Azərbaycan multikulturalizmi” mövzusunda silsilə seminarlar təşkil olunur.
30 oktyabr 2019-ci il tarixindən başlayaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Argentina Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə Argentinanın Belgrano, Boenos Aires və Tres de Febrero kimi aparıcı universitetlərində Azərbaycan multikulturalizm modeli ilə bağlı silsilə seminarlar təşkil olunacaqdır. Seminarlarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihələr şöbəsinin məsləhətçisi Prof. İrina Kunina Azərbaycanda multikulturalizm siyasətinin dövlət siyasətinin tərkib hissəsi olmasını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən əsası qoyulmuş, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasında əhəmiyyətli platforma olan “Bakı Prosesi”ni, ölkəmizdəki din-dövlət münasibətlərini və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dünyadakı fəaliyyətini əks etdirən təqdimatlarla çıxış edəcəkdir. Bu seminarların Uruqvay Respublikasının aparıcı universitetlərində də təşkil olunacaqdır. Qeyd etmək lazımdır ki, yeni tədris ilindən artıq BBMM tərəfindən Braziliya Federativ Respublikasının eyni adlı univeristetində “Azərbaycan multikulturalizmi” fənni artıq tədris olunmaqdadır. Gələcəkdə bu fənnin Rio de Janeiro Universitetində də tədrisi ilə bağlı artıq anlaşma memorandumu imzalanmışdır. İlk dəfə olaraq Latın Amerikası ölkələrində Azərbaycan multikulturalizm modelinin bu cür geniş təbliğ olunması ölkəmizə olan marağı artırmaqla yanaşı, ölkəmizin dünyada multikulturalizmin ünvanlarından biri kimi tanıdılmasına xidmət edir.