Azərbaycan multikulturaluzmi fənninin Polşada tədrisi davam edir
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hazırda sözügedən layihə çərçivəsində respublikamızın 39, dünyanın 21 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni uğurla tədris edilir.
Polşanın nüfuzlu universitetlərindən biri olan Vrotslav Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı müntəzəm dərslərə yenidən start verilib. Bu günlərdə Vrotslav Universitetində dərslərin davam edilməsinə başlanılıb. Dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Vrotslav Universiteti arasında bağlanan memorandum əsasında həyata keçirilir. Fənni Vrotslav Universitetində Dr. İlahə Kərimova tədris edir. Dərslər polşa dilində keçirilir.