Azərbaycan Respublikasının Prezidenti
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
Noyabrın 9-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Braziliyanın Espaço Caspio Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan multikulturaliminə təhdidlər” mövzusunda onlayn tədbir keçirilib.
Qloballaşan dünyamızda dövlətlər və millətlər arasındakı qarşıdurmalar, dini müxtəlifliyə qarşı dözümsüzlük halları son illər ərzində xeyli artıb. Birgə yaşayışın təmin olunması üçün tolerantlıq və multikulturalizmin daha çox inkişaf etdirilməsi vacibdir. Tolerantlıq artıq sadəcə müxtəlif xalqlar arasında münasibətlərin tənzimlənməsi deyil, dövlətlər səviyyəsində xüsusi siyasi kurs kimi tətbiq edilən bəşəri bir dəyərə çevrilib. Tarixə nəzər salsaq, görərik ki, tolerantlıq əvvəllər də mövcud olub.”
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, adət-ənənələrinin təbliğ edilməsi" layihəsi çərçivəsində növbəti sənədli film hazırlayıb. Sayca altıncı olan filmdə Azərbaycanda yaşayan talışlar, onların həyat tərzi, adət-ənənələri, mədəniyyəti barədə geniş məlumat verilir.
Ankarada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və ölkəmizin mədəniyyətinin beynəlxalq arenada təmsil etmək məqsədi ilə yaradılan “Ankara Azərbaycan Mədəniyyət və İncəsənət Dərnəyi”nin birgə təşkilatçılığı “Bu zəfər hamımızın ortaq zəfəri” adlı tədbir keçirilib.
Şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları zamanı ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək böyük qəhrəmanlıq nümunələri göstərib, igidlik və şücaət nümayiş etdiriblər. Vətən müharibəsində düşmən üzərində qazanılan şanlı Qələbə Azərbaycan xalqının birliyinin təntənəsidir.
Vətən müharibəsində birlik və həmrəylik nümayiş etdirərək dəmir yumruq kimi birləşən müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşları çiyin-çiyinə döyüşərək işğala son qoyublar. Bu barədə noyabrın 4-də Bakı Beynəlxalq Multikuturalizm Mərkəzi (BBMK) və Quba Rayon İcra Hakimiyyətinin 8 Noyabr - Zəfər Günü münasibətilə birgə təşkil etdiyi “Biz birlikdə güclüyük” mövzusunda konfransda bildirilib.
Noyabrın 4-də Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Biz birlikdə güclüyük” mövzusunda tədbir keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Ukrayna Konqresinin təşkilatçılığı və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin iştirakı ilə onlayn konfrans keçirilib. 8 noyabr – Zəfər gününə həsr olunmuş tədbir Ukrayna ilə telekörpü şəklində baş tutub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Bakı Yeparxiya İdarəsinin katibi, arximandrit Aleksiy Nikonorovla görüşüb. Görüşdə R.Həsənov qonağa Mərkəzin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə geniş məlumat verib. Görüş zamanı qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi üçün müzakirələr aparılıb.
Oktyabrın 29-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Bütün təhdidlərə qarşı multikulturalizm və dini harmoniyanın təmin olunması” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib. Azərbaycan Televiziyası tədbirdən reportaj hazırlayıb.
Mədəniyyət kanalı Multikulturalizm Mərkəzində keçirilən beynəlxalq tədbirdən reportaj hazırlayıb
Oktyabrın 29-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Bütün təhdidlərə qarşı multikulturalizm və dini harmoniyanın təmin olunması” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib. İctimai Televiziya tədbirdən reportaj hazırlayıb.
Azərbaycana gəlməmişdən və Qarabağa getməmişdən əvvəl orada məni nələrin gözlədiyindən xəbərsiz idim. Ağdamı görəndən sonra ilk olaraq oranı atom bombasının atıldığı Xirosima ilə müqayisə etdim. Ağdamı görəndə ağlıma gələn ilk söz “müharibə cinayətləri” oldu - bəşəriyyətə, mədəniyyətə və ibadət yerlərinə qarşı törədilən müharibə cinayəti. Bu, tamamilə qəbuledilməz haldır.
Multikulturalizmin hökm sürdüyü bu ölkədə olmaqdan çox məmnunam. Bizim nümayəndə heyətinə həm yəhudilər, həm xristian yepiskop və keşiş, həm də müsəlman din xadimləri daxildir. Biz Azərbaycanda gördüklərimizdən çox şadıq.
ABŞ-ın Los-Anceles şəhərindən gələn bir qrup dini icma rəhbəri Bakı şəhərində yerləşən kilsələrdə olublar
ABŞ-ın Los-Anceles şəhərindən gələn bir qrup dini icma rəhbəri məscid və sinaqoqlarda olublar
BBMM-in icraçı direktoru Rəvan Həsənov Azad Azərbaycan Televiziyasının "Birlikdə güclüyük" proqramının qonağı olub
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Beynəlxalq Multikulturalizm” elmi araşdırmalar jurnalının 2021-ci ildə ikinci sayı nəşr edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Mərkəzin məsləhətçisi Araz Qurbanov Mədəniyyət Televiziyasının "Körpü" verilişində qonaq olublar. Verilişdə Qafqaz Albaniyasının irsi mövzusu müzakirə olunub.
Ölkəmizdə səfərdə olan ABŞ-ın Los-Anceles şəhərinin bir qrup dini icma rəhbəri və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli Azərbaycan Televiziyasının "Əsas məsələ" proqramının qonağı olub.