Çeçenistan Universitetində multikulturalizmlə bağlı mühazirələrə start verilib

Çeçenistan Dövlət Pedaqoji Universitetinin Azərbaycan Mədəniyyəti Mərkəzində multikultural təhsil elmi laboratoriyasının müdiri, fəlsəfə elmləri doktoru, professor Maret Betilmerzaevanın “Müasir dünyada multikulturalizm problemləri” kursu çərçivəsində silsilə mühazirələrdən birincisi keçirilib. Kursda iştirak edən Filologiya, Tarix və Hüquq İnstitutunun tələbələri müasir çoxölçülü dünyada yaşamağa hazır, multikultural şəxsiyyətin formalaşdırılması problemlərinin müzakirəsində fəal iştirak ediblər.
Qeyd edək ki, “Müasir dünyada multikulturalizm problemləri” kursu tələbələrdə humanitar şüurun formalaşdırılması, onların qlobal mədəni və təhsil məkanına inteqrasiyasına imkan yaratmaq məqsədi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə razılaşdırılaraq həyata keçirilir. Kurs çərçivəsində Azərbaycan multikulturalizmi ilə bağlı mühazirələrə xüsusi yer ayrılacaq.

Etiketlər