Azərbaycan Respublikasının Prezidenti
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
Azad Azərbaycan Televiziyası XII Beynəlxalq Multikulturalizm Yay məktəbinin başlaması haqda reportaj hazırlayıb
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Avropa Ravvinləri Konfransının icraçı direktoru Qadi Qroniçlə görüşüb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Multikulturalizm siyasəti qlobal və regional sülhün açarı kimi” adlı XII Beynəlxalq Multikulturalizm Yay Məktəbi layihəsinə start verir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan “Multikulturalizm” verilişinin çəkilişləri bu dəfə Xocavənd rayonunun Hadrut qəsəbəsində və Azıx mağarasında aparılıb. Çəkilişlərdə AMEA-nın Tarix İnstitutunun dosenti Güntəkin Nəcəfli və tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli müsahib kimi iştirak ediblər.
Mən Beynəlxalq Multikulturalizm Yay Məktəbini iki cəhətdən faydalı hesab edirəm. Birinci cəhət odur ki, burada iştirak edənlərin böyük əksəriyyəti təmsil etdikləri ölkələrin universitetlərində Azərbaycan multikulturalizm fənnindən dərs almış tələbələrdir. Onlar universitetlərdə öyrəndiklərinin nəzəri tərəfini burada praktiki cəhətdən öz gözləri ilə görür, kitablarda oxuduqları məqamlara daha da aydınlıq gətirirlər.
"Multikulturalizm" verilişinin növbəti buraxılışı yayımlanıb. Verilişdə "Şuşa ili" çərçivəsində həyata keçirilən tədbirlərdən söhbət açılıb. Verilişin qonaqları Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Nuridə Allahyarova və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədlidir.
İyunun 24-də Vyanada keçirilən “Sülh Naminə Dinlərarası və Mədəniyyətlərarası Dialoqun, Anlaşmanın və Əməkdaşlığın Təşviqi” adlı beynəlxalq konfrans barədə RealTV tərəfindən ətraflı süjet hazırlayaraq yayımlanıb.
İyunun 24-də Vyana şəhərində “Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri Kamal Abdullayev və Mərkəzin icraçı direktoru Rəvan Həsənov Avstraiyanın paytaxtı Vyana şəhərində səfərdədirlər.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupunun üzvləri və ekspertlərdən ibarət heyət iyunun 16-17-də Cəbrayıl, Zəngilan rayonlarında və Şuşanın Daşaltı kəndində yerləşən mədəni, tarixi və dini abidələrə baxış keçirmək məqsədilə bölgəyə səfər edib, Zəngilan rayonunun Ağalı kəndində İşçi Qrupun növbəti iclası keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “International Journal of Multiculturalism” (Beynəlxalq Multikulturalizm Jurnalı) adlı beynəlxalq elmi jurnalının sayca beşinci, bu il üçün isə ilk sayı işıq üzü görüb.
Çilinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Fidel Koloma Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, adət-ənənələrinin təbliğ edilməsi" layihəsi çərçivəsində növbəti sənədli film hazırlayıb.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) türk dünyasının görkəmli elm adamlarını “Şərəf” medalı ilə mükafatlandırıb. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla da mükafatlandırılanlar arasındadır.
ABŞ Dövlət Departamenti dünyada dini etiqad azadlığının vəziyyəti ilə bağlı 2021-ci il üçün illik hesabatını dərc edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Azərbaycanda səfərdə olan Kanada nümayəndə heyəti ilə görüş keçirilib.
"Multikulturalizm" verilişinin növbəti buraxılışı yayımlanıb. Verilişdə Qarabağın işğaldan azad olunmuş ərazilərində, eləcə də indiki Ermənistan ərazisində dəyişdirilən və saxtalaşdırılan toponimlərdən söhbət açılıb.
Mayın 31-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri professor Məhəbbət Paşayevanın “Qarabağın və Şərqi Zəngəzurun alban abidələri” kitabının təqdimat mərasimi keçirilib. CBC TV tədbirdən videosüjet hazırlayıb.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Qarabağın və Şərqi Zəngəzurun alban abidələri” kitabının təqdimatı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ili Azərbaycanda “Şuşa İli” elan etməsi çərçivəsində mayın 25-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Şuşa şəhərində “Şuşa birliyimizin rəmzidir” adlı dəyirmi masa keçirib.