UNESCO yerli dillərin inkişafına həsr edilən konfrans keçirib

Martın 15-16 tarixlərində Yerli Dillərin Beynəlxalq Dekadası (2022-2032 illər) üçün Qlobal Fəaliyyət Planının hazırlanması məqsədilə Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Məsləhətləşmələr mövzusunda onlayn konfrans keçirilib. Tədbir UNESCO-nun təşkilatçılığı ilə baş tutub. Regional Məsləhətləşmələr zamanı müzakirəsi aparılan əsas mövzular yerli xaqların dillərinin davamlı inkişaf problemləri və perspektivləri, linqvistik müxtəliflik və çoxdilliklə bağlı məsələlər olub. Müzakirələrin məqsədi Yerli Dillərin Beynəlxalq Dekadası (2022-2032 illər) üçün Qlobal Fəaliyyət Planının hazırlanmasına töfhə verməkdir. Tədbirdə milli hökumətlərin və beynəlxalq təşkilatların təmsilçiləri, yerli xalqların və onların təşkilatlarının nümayəndələri, bu sahə üzrə ixtisaslaşan alim və ekspertlər iştirak edib. Regional Məsləhətləşmələrdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Rəhim Rəhimov Mərkəzi təmsil edib.

 

https://azertag.az/xeber/UNESCO_yerli_dillerin_inkisafina_hesr_edilen_konfrans_kechirib-1736457

https://adalet.az/w213909

https://rupor.az/xeberler/15401-unesco-yerli-dillrin-inkiafna-hsr-ediln-konfrans-keirdi.html