"İki sahil" internet televiziyası Azərbaycandakı etnik müxtəliflik və xalqlar arasındakı qarşılıqlı dostluq mövzusunda film hazırlayıb

"İki sahil" internet televiziyası Azərbaycandakı etnik müxtəliflik və xalqlar arasındakı qarşılıqlı dostluq mövzusunda film hazırlayıb. Filmdə Balakəndə yaşayan avarlar və onların Qarabağ müharibəsində Azərbaycana dəstəyndən söz açılır. Videomaterialda həmiçinin ermənilərin Azərbaycanda yaşayan xalqlar arasına nifaq salmaq istəyi də pislənilir.