Azərbaycan Respublikasının Prezidenti
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
Bakıda 20-dən çox tələbə və tədqiqatçının iştirak etdiyi XI Beynəlxalq Multikulturalizm Qış Məktəbi sona çatıb. Qış məktəbinin iştirakçıları Azərbaycanda multikultural və tolerant dəyərlərin qorunub saxlanıldığının canlı şahidi olublar.
XI Beynəlxalq Multikulturalizm Qış Məktəbi iştirakçıları Şuşada
“Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” XI Beynəlxalq Multikulturalizm Qış məktəbi çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində konfrans keçirilib.
Şuşada XI Beynəlxalq Multikulturalizm Qış Məktəbi təşkil edilib.
ATV kanalı Qış Məktəbi iştirakçılarının Ağdam səfərindən videosüjet hazırlayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Müharibə Cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” adlı XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin Dərbənd şəhərindən olan iştirakçısı Baqir Aliakmedovun müsahibəsi.
ATV telekanalı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi konteksində” mövzusunda XI Beynəlxalq Multikulturalizm Qış Məktəbi iştirakçılarının Şuşaya səfəri barədə xəbər verib.
AZƏRTAC Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” adlı XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçılarının Ermənistanın işğalından azad olunmuş Şuşa şəhərinə səfəri barədə video yayıb.
Fevralın 21-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində XI Beynəlxalq Multikulturalizm Qış Məktəbi çərçivəsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli yerli və xarici tələbələr üçün mühazirə oxuyub.
Fevralın 18-də Azərbaycan Dillər Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib.
Bu gün Beynəlxalq Multikulturalizm Qış Məktəbi start götürür. Artıq 11-ci dəfədir Multikulturalizm Qış və Yay məktəbləri təşkil olunur. Budəfəki qış məktəbində 17 ölkədən 20-dən çox gənc iştirak edir. Gənclər çox fərqli coğrafiyalardan - ABŞ-dan İndoneziyaya qədər müxtəlif ölkələrdən gəliblər.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən təşkil olunmuş XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüşüb və Azərbaycan xarici siyasət prioritetlərinə dair mühazirə ilə çıxış edib. Mühazirə zamanı Fərid Şəfiyev Azərbaycan xarici siyasətinin mərkəzində dayanan əsas məsələnin Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və bununla əlaqədar digər proseslər olduğunu bildirib.
Fevralın 18-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən "Müharibə Cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” adlı XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, adət-ənənələrinin təbliğ edilməsi" layihəsi çərçivəsində növbəti sənədli film hazırlayıb.
Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli Azərbaycan Televiziyasının "Əsas məsələ" verilişinin qonağı olub
“Azərbaycan multikulturalizmi” fənninin xarici universitetlərdə tədrisi layihəsi çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Şri Şri Universiteti arasında 2017-ci ilin dekabrında əldə edilən razılaşmaya əsasən, Azərbaycan multikulturalizminin tədrisi uğurla davam etdirilir. Fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Elm və təhsil komitəsinin, həmçinin Azərbaycan-Hindistan parlamentlərarası işçi qrupunun üzvü Şahin Seyidzadə universitetin İdarəetmə fakültəsinin tələbələrinə vebinar keçib.
Fevralın 11-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində tarix elmləri doktoru Nəsiman Yaqublunun Azərbaycanda yaşamış polyakların həyatından bəhs edən “Polyakların Azərbaycanda fəaliyyəti” adlı kitabın təqdimatı olub.
Hindistanın Şri Şri Universitetində Azərbaycan Multikulturalizmi fənninin 2022-ci il üçün tədrisi başlayıb. Mühazirələrə universitetin 77 tələbəsi dinləyici kimi qoşulub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni nəşri işıq üzü görüb. “Nizami Gəncəvi yaradıcılığında multikultural və ümumbəşəri dəyərlər” adlı məqalələr toplusu Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar hazırlanıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukrayna nümayəndəliyi və Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə “Azərbaycan dünya multikulturalizm mərkəzlərindən biridir: Azərbaycanda etnik və dini müxtəliflik” mövzusunda dəyirmi masa keçirilib.