Bu gün - martın 31-də Azərbaycan Televiziyasının "Əsas məsələ" proqramı Quba rayonunda yerləşən Soyqırım Memorial Kompleksindən canlı yayımlanıb.
Bu gün - martın 31-də Azərbaycan Televiziyasının "Əsas məsələ" proqramı Quba rayonunda yerləşən Soyqırım Memorial Kompleksindən canlı yayımlanıb. 31 mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunan verilişdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov da iştirak edib. Proqramda erməni qəsbkarlarının tarixən azərbaycanlılara qarşı törətdikləri qırğınlar haqda müzakirələr aparılıb.