Rəvan Həsənov: “Tuğdakı alban məbədində bərpa işləri aparılacaq”

“Bu gün biz tarixi ədalətin bərpa olunduğunu görürük. XII-XIII əsrlərə aid olan  Yohan Alban xristian kilsəsində  Alban-Udi xristian dini icması ibadətlər həyata keçirirlər”.

Bu sözləri Bakı Beynalxalq Multikulturalizm Mərkəsinin icraçı drektoru Rəvan Həsənov Alban-Udi xristian dini icmasının işğaldan azad edilən Xocavənd rayonunun Tuğ kəndinə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ermənilər digər abidələr kimi bu abidəni də mənimsəməyə çalışıblar. “Burda erməni dilində yazılmış daşlar qoyulub. Daşlara baxanda isə yeni olduğunu gözlə görmək mümkündür. Buna baxmayaraq, tarixi həqiqəti saxtalaşdırmaq asan deyil. Məhz bu irsin azərbaycanlılara aid olması hər kəs tərəfindən etiraf olunur. Eyni zamanda, bu gün Alban Həvari Kilsəsinin yeganə daşıyıcısı olan udilər də əsrlər boyu öz inanclarını, tarixi ənənələrini unutmayıblar. Onlar bunu tolerant və multikultural Azərbaycan cəmiyyətində sərbəst şəkildə yaşada bilirlər”.

Rəvan Həsənov qeyd edib ki, bu məbəddə də bərpa işləri aparılacaq və bu irsin varislərinə geri qaytarılacaq: “Çünki bu, bizim dövlət siyasətimizdir”.

 

http://www.turkazinfo.com/haber-detay/3413_r-van-h-s-nov-tugdaki-alban-m-b-dind-b-rpa-isl-ri-

https://apa.az/az/dagliq_qarabag/Rvan-Hsnov-Tugdaki-alban-mbdind-brpa-islri-aparilacaq-638737