Azərbaycan Respublikasının Prezidenti
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2015-ci ildən etibarən "Azərbaycan multikulturalizmi" və "Multikulturalizmə giriş" fənlərinin həm humanitar, həm də texniki sahələr üzrə ixtisaslaşmış universitet və fakültələrdə tədrisini təşkil edir.
BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş qətnaməyə əsasən hər il yanvarın 27-si Holokost qurbanlarının Beynəlxalq Anım Günü kimi qeyd edilir.
Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan Televiziyasının "Əsas məsələ" verilişinin qonağı olub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində kitab təqdimatı olub. Mədəniyyət kanalı həmin tədbirdən videosüjet hazırlayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində kitab təqdimatı olub. İctimai Televiziya həmin tədbirdən videosüjet hazırlayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı gündən Azərbaycanda yaşayan xalqların mədəniyyətinin, dilinin və adət-ənənəsini qorunması istiqamətində müxtəlif layihələr həyata keçirir. Bugünkü təqdimatımız da həmin layihələr çərçivəsində görülən işlərdən biridir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən albanşünas tarixçi-alim Fəridə Məmmədovanın “Qafqaz Albaniyası və albanlar” kitabını ingilis dilinə tərcümə edilərək nəşr edilib. Kitabın çapı Multikulturalizm Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən olan Qafqaz Albaniyasını öyrənirik layihəsi çərçivəsində həyata keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, adət-ənənələrinin təbliğ edilməsi" layihəsi çərçivəsində növbəti sənədli film hazırlayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının toplantısı keçirilib. Toplantıda şura üzvləri, BBMM-in əməkdaşları iştirak edib. İclası giriş sözü ilə açan Multikulturalizm Mərkəzi Himayəçilər Şurasının sədri, akademik Kamal Abdulla yeni 2022-ci il münasibətilə toplantı iştirakçılarını təbrik edərək xoş arzularını çatdırıb və Multikulturalizm Mərkəzinin ötən il fəaliyyəti barədə fikirlərini bildirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni nəşrləri çap edilib.
BBMM-in 2021-ci ilin yekunlarına dair hesabatı
Dekabrın 29-da Ukrayna Milli Elmlər Akademiyasının Vernadski adına Ukrayna Milli Kitabxanasında “Nizami Gəncəvi Ukrayna tərcümələrində və tədqiqatlarında” mövzusunda elektron sərgi açılıb. Kitabxananın “Elmi-biblioqrafik informasiya” şöbəsinin kollektivi tərəfindən aparılan biblioqrafik tədqiqatların nəticələrinə əsaslanan sərgi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə baş tutub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, adət-ənənələrinin təbliğ edilməsi" layihəsi çərçivəsində növbəti sənədli film hazırlayıb. Sayca səkkizinci olan filmdə Azərbaycanda yaşayan avarlar, onların həyat tərzi, adət-ənənələri, mədəniyyəti barədə geniş məlumat verilir.
Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli Azərbaycan Televiziyasının "Əsas məsələ" verilişinin qonağı olub
Azərbaycan Dillər Universitetinin Rumın Dili və Mədəniyyəti Mərkəzi Azərbaycanın Rumıniyadakı səfirliyinin iştirakı ilə beynəlxalq onlayn dəyirmi masa təşkil edib. “Dünya ədəbiyyatı kontekstində Nizami Gəncəvi yaradıcılığının rəngarəngliyi” mövzusundakı dəyirmi masada “Al.İ.Kuza” Yaş Universitetinin və Azərbaycan Dillər Universitetinin tələbə və magistrləri iştirak ediblər.
Etnomədəni rəngarəngliyi ilə seçilən Azərbaycanda xalqlar və dinlər arasında əlaqələr, bu gün tolerantlıq adlandırdığımız tarixi birgəyaşayış prinsipləri əsrlərdən bəri formalaşmış ənənələrə, qarşılıqlı hörmət, etimad və əməkdaşlığa söykənir. Azərbaycan prezidenti İlham Əliyevin daim vurğuladığı kimi, “Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir”.
Müasir dünyada birgəyaşayış cəmiyyətlərin və ölkələrin fundamental məsələlərindən birinə çevrilib. Bu gün bir çox problemlərin əsası fərqliliklərin bir yerdə sülh və əmin-amanlıq içində yaşaya bilməməsidir. Təsadüfi deyil ki, bu gün həm vizual mediada, həm də elmi araşdırmalarda ən çox adı tutulan anlayışlardan biri multikulturalizmdir. Multikulturalizmin başlıca prinsipi müxtəlif mədəniyyətlərə mənsub müxtəlif düşüncəli insanların bir-birinə tolerant yanaşmasıdır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin cari ilin iyul ayında yerli və xarici elmi-tədqiqatçılar üçün elan etdiyi multikulturalizm sahəsində elmi araşdırmalar müsabiqəsi başa çatıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı gündən Azərbaycanda yaşayan xalqların mədəniyyətinin, dilinin və adət-ənənəsinin qorunması istiqamətində müxtəlif layihələr həyata keçirir. Bu günlərdə layihə çərçivəsində bir sıra kitablar nəşr eilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, adət-ənənələrinin təbliğ edilməsi" layihəsi çərçivəsində növbəti sənədli film hazırlayıb. Sayca yeddinci olan filmdə Azərbaycanda yaşayan axıska türkləri, onların həyat tərzi, adət-ənənələri, mədəniyyəti barədə geniş məlumat verilir.