Azərbaycan Respublikasının Prezidenti
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
International Multiculturalism Winter School – 2022 “WAR CRIMES AGAINST CULTURAL HERITAGE "IN THE CONTEXT OF KARABAKH CONFLICT”
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən bu günlərdə Azərbaycan xalqının zəngin mədəni irsinin ayrılmaz hissəsi kimi qədim Qafqaz Albaniyasının varislərindən biri olan udi xalqının şifahi xalq ədəbiyyatına istinad edilərək “Gözün ayda olsun” nağıllar kitabı çap edilib. Kitab ölkəmizin orta məktəblərində xristian mədəni irsinin öyrənilməsi məqsədi ilə aşağı sinif şagirdləri üçün nəzərdə tutulur.
Bildiririk ki, 13 noyabr - 11 dekabr 2021-ci il tarixlərində ali məktəblərdə “Multikulturalizmə giriş” fənnini tədris edən müəllimlərin ixtisaslarının artırılması məqsədilə BBMM tərəfindən treninqlər keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Multikulturalizm" verilişinin bu dəfəki buraxılışı Ulu Öndər Heydər Əliyevin xatirəsinə ithaf olunub.
Azərbaycanda səfərdə olan fransız jurnalist və yazıçı Renaud Girard Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində bir qrup dini icma mümayəndələri ilə görüşüb. Görüşdə Mərkəzin müşaviri Aytən Qəhrəman və dini icma nümayəndələri tərəfindən qonağa Azərbaycanda olan multicultural mühit, dövlətin dini icmalara qayğısı barədə ətraflı məlumat verildi.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli Azərbaycan Televiziyasının "Əsas məsələ" verilişinin qonağı olub
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2016-cı ildə "Azərbaycan multikulturalizminin qaynaqları" seriyasından "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabını nəşr etdirdi. Sözü gedən kitabda Azərbaycan ədəbiyyatının min ildən artıq zamanı əhatə edən dövrü ərzində bədii yaradıcılıq nümunələrində multikultural və tolerant ideyaların təcəssümünə dair örnəklər, onlara istinadla sitat və iqtibaslar yer alır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan "Multikulturalizm" verilişinin növbəti buraxılışı yayımlandı. Verilişin qonaqları millət vəkili Ceyhun Məmmədov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli oldu.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi” adlı beynəlxalq konfransda iştirak edib. Rəvan Həsənov Konfransın "Mədəniyyət üçün sülh" panelində məruzə ilə çıxış edib.
Noyabrın 16-da dünya UNESCO-nun yaranmasının 75-ci ildönümünü qeyd edib. 1945-ci ilin məhz həmin günündə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) yaradılıb. Londonda keçirilən konfrans dünyanın 37 dövlətinin imzaladığı Nizamnaməni qəbul edib. Onların planına görə, yeni təşkilat bəşəriyyətin intellektual və mənəvi həmrəyliyini təmin etməyə kömək göstərmək və bununla da yeni dünya müharibəsinin başlanmasının qarşısını almaq üçün təsis olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Billurə Aslanova İctimai Radioda qonaq olub. Beynəlxalq Tolerantlıq gününə həsr olunan verilişdə Azərbaycandakı tolerant və multikultural mühit, eləcə də Multikulturalizm Mərkəzinin fəaliyyəti haqda söhbət açılıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Qafqaz Albaniyasının etno-mədəni irsi” seriyasından sayca ikinci olan məqalələr toplusunu nəşr edib. Kitab bu ilin mayında keçirilən “Qafqaz Albaniyası: tarix, din və memarlıq” adlı beynəlxalq elmi konfransın materialları əsasında hazırlanıb.
Bu günlərdə İsrailin Netaniya şəhərində Azərbaycanın İkinci Qarabağ müharibəsində böyük Qələbəsinə həsr edilmiş təntənəli tədbir keçirilib. Tədbir “İsraildə Azərbaycan evi”nin fəalları və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyi tərəfindən təşkil olunub.
Şuşadan hazırlanan verilişin qonaqları millət vəkili Tural Gəncəliyev və BBMM-in təhlilçisi Araz Qurbanovdur. Verilişdə 44 günlük Vətən müharibəsində qazanılan böyük qələbədə milli və dini birlik haqda söhbət aparılıb.
13.11.2021 tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Azərbaycanın ali təhsil müəssisələrində "Multikulturalizmə giriş" fənninin tədrisini həyata keçirən müəllimlərə treninqlərin keçirilməsinə start verilmişdir.
Sabunçu Rayon Gənclər Evi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü və Azərbaycanın Multikulturalizm Modeli” mövzusunda seminar-muhazirə keçirilib. Seminarda BBMM-in Analitika şöbəsinin müdiri, fəlsəfə doktoru Rəşad İlyasov mövzu ilə bağlı mühazirə oxuyub, sonra isə sualları cavablandırıb.
Ankarada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və ölkəmizin mədəniyyətinin beynəlxalq arenada təmsil etmək məqsədi ilə yaradılan “Ankara Azərbaycan Mədəniyyət və İncəsənət Dərnəyi”nin birgə təşkilatçılığı “Bu zəfər hamımızın ortaq zəfəri” adlı tədbir keçirilib.
Noyabrın 12-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Zəfər bayramı və Axıska türklərinin tarixi vətənlərindən sürgün olunmasının 77-ci il dönümü ilə bağlı tədbir keçirilib.
Biz klassik ədəbiyyatımızın konturlarını yalnız keçmişimizin mənzərəsi kimi yox, həm bu günümüzün, həm də gələcəyimizin ifadəsi, yol xəritəsi kimi nəzərdən keçirməliyik. Gerçəkdən də, ali həqiqətlər, yüksək mənəvi dəyərlər əvvəlcə ədəbi-fəlsəfi əsərlərdə öz ifadəsini tapır, yalnız bundan sonra sənədlərə, qanunlara köçürülür.
“8 noyabr - Zəfər Günü” münasibəti ilə Hindistanın Şri Şri Universitetinin tələbərinə İkinci Qarabağ müharibəsi mövzusunda virtual maarifləndirmə sessiyası keçirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mühazirəçisi Kənan Məmmədov tələbələrə 44 günlük müharibənin səbəbləri və nəticələri, eləcə də Zəfər günü haqqında ətraflı məlumat verib.