Azərbaycan Respublikasının Prezidenti
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü iş nəticəsində xaricdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi geniş coğrafiyanı əhatə etməkdədir. “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsini BBMM 2015-ci ildən həyata keçirir. Hazırda bu layihə çərçivəsində dünyanın 22 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur. Eyni zamanda bu fənnin tədrisi ölkəninin 40-a yaxın universitetinin magistratura pilləsində də həyata keçirilir. Bununla yanaşı, 2019-2020-ci tədris ilindən etibarən, Azərbaycan Prezidentinin tövsiyəsi və Təhsil nazirinin müvafiq əmri ilə ölkənin bütün ali təhsil məktəblərinin bakalavr səviyyələrində “Multikulturalizmə giriş” əsas fənn kimi tədris edilir. Bununla əlaqədar Təhsil Nazirliyi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə layihəsi olan “Multikulturalizmə giriş” dərsliyi də nəşr edilib.
Uilyam Kimlika 1962-ci ildə Kanadada dünyaya gəlib. Multikulturalizm və siyasi fəlsəfə sahəsində çoxsaylı monoqrafiya və məqalələrin müəllifidir. Kimlika 1998-ci ildən Kanadanın Kinqston şəhərindəki Quens Universitetinin fəlsəfə kafedrasının professorudur.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən aprel ayının 4-dən 18-dək müddətdə Azərbaycanda ali məktəblərin bakalavr səviyyəsində tədris edilən “Multikulturalizmə giriş” fənninin monitorinqi aparılıb. Monitorinqlərdə tələbələrin bilik və bacarıqlarının səviyyəsinin müəyyənləşdirilməsi ilə yanaşı, eyni zamanda, onların bu fənnin tədrisi ilə bağlı sual, təklif və iradlarının öyrənilməsi məqsədi ilə sorğu da aparılıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ölkəmizdəki ali təhsil müəssisələri, eləcə də kolleclərdə “Multikulturalizmə giriş” fənnini tədris edən müəllimlərə treninqlərin keçirilməsinə başlayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Azərbaycan multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hal-hazırda sözügedən layihə çərçivəsində 24 ölkənin nüfuzlu unversitetində “Azərbaycan multikulturalizmi” tədris edilir.
“Azərbaycan multikulturalizmi” fənninin xarici universitetlərdə tədrisi layihəsi çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Şri Şri Universiteti arasında 2017-ci ilin dekabrında əldə edilən razılaşmaya əsasən, Azərbaycan multikulturalizminin tədrisi uğurla davam etdirilir. Fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Elm və təhsil komitəsinin, həmçinin Azərbaycan-Hindistan parlamentlərarası işçi qrupunun üzvü Şahin Seyidzadə universitetin İdarəetmə fakültəsinin tələbələrinə vebinar keçib.
Hindistanın Şri Şri Universitetində Azərbaycan Multikulturalizmi fənninin 2022-ci il üçün tədrisi başlayıb. Mühazirələrə universitetin 77 tələbəsi dinləyici kimi qoşulub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2015-ci ildən etibarən "Azərbaycan multikulturalizmi" və "Multikulturalizmə giriş" fənlərinin həm humanitar, həm də texniki sahələr üzrə ixtisaslaşmış universitet və fakültələrdə tədrisini təşkil edir.
Azərbaycan Dillər Universitetinin Rumın Dili və Mədəniyyəti Mərkəzi Azərbaycanın Rumıniyadakı səfirliyinin iştirakı ilə beynəlxalq onlayn dəyirmi masa təşkil edib. “Dünya ədəbiyyatı kontekstində Nizami Gəncəvi yaradıcılığının rəngarəngliyi” mövzusundakı dəyirmi masada “Al.İ.Kuza” Yaş Universitetinin və Azərbaycan Dillər Universitetinin tələbə və magistrləri iştirak ediblər.
Bildiririk ki, 13 noyabr - 11 dekabr 2021-ci il tarixlərində ali məktəblərdə “Multikulturalizmə giriş” fənnini tədris edən müəllimlərin ixtisaslarının artırılması məqsədilə BBMM tərəfindən treninqlər keçirilib.
13.11.2021 tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Azərbaycanın ali təhsil müəssisələrində "Multikulturalizmə giriş" fənninin tədrisini həyata keçirən müəllimlərə treninqlərin keçirilməsinə start verilmişdir.
Azərbaycan multikulturalizminin xarici ölkələrdə tədrisi layihəsi çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi dərslər 2021-2022-ci tədris ilində də uğurla davam etdiriləcək.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan multikulturalizminin xarici ölkələrdə tədrisi layihəsi çərçivəsində hazırda 22 xarici ali təhsil müəssisəsində "Azərbaycan multikulturalizmi" kursu həyata keçirilir.
Multikulturalizm Azərbaycanın həyat tərzi və dövlət siyasətidir. Ölkəmizin bu istiqamətdə fəaliyyəti, təkcə multikultural və tolerant dəyərləri qoruyub inkişaf etdirməklə yekunlaşmır.
Ukraynanın Boris Qrinçenko adına Kiyev Universitetinin jurnalistika və yeni media və nəşriyyat işi fakültələrinin tələbələri üçün mühazirə keçirilib
Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin tələbələri üçün mühazirə keçirilib
Bu tədris ilində Taras Şevçenko adına Kiyev Milli Universitetinin Filologiya İnstitutunun Türkologiya kafedrasında “Azərbaycan multikulturalizmi” fakültətivi açılıb
Noyabrın 2-də Yaponiyanın ən nüfuzlu beş universitetindən biri olan Hokkaydo Universitetində "Azərbaycanda Multikulturalizm Modeli" ilə bağlı müntəzəm keçirilən növbəti dərsin mövzusu Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycanın Bərdə, Gəncə, Tərtər rayonlarında ermənilərin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərə həsr olunmuşdur
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir
Taras Şevçenko adına Kiyev Milli Universitetinin Filologiya İnstitutunun Türkologiya kafedrasında “Azərbaycan multikulturalizmi” adlı fakültətiv fənn təsis edilib
Mühazirələr "Azərbaycanın Gənc Dostları" Klubunun Braziliya filialının təşəbbüsü ilə təşkil ediləcək