Azərbaycan Respublikasının Prezidenti
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü iş nəticəsində xaricdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi geniş coğrafiyanı əhatə etməkdədir. “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsini BBMM 2015-ci ildən həyata keçirir. Hazırda bu layihə çərçivəsində dünyanın 22 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur. Eyni zamanda bu fənnin tədrisi ölkəninin 40-a yaxın universitetinin magistratura pilləsində də həyata keçirilir. Bununla yanaşı, 2019-2020-ci tədris ilindən etibarən, Azərbaycan Prezidentinin tövsiyəsi və Təhsil nazirinin müvafiq əmri ilə ölkənin bütün ali təhsil məktəblərinin bakalavr səviyyələrində “Multikulturalizmə giriş” əsas fənn kimi tədris edilir. Bununla əlaqədar Təhsil Nazirliyi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə layihəsi olan “Multikulturalizmə giriş” dərsliyi də nəşr edilib.
Multikulturalizm Mərkəzinin sertifikatları təqdim edildi
“Azərbaycan multikulturalizmi” Türkiyənin Səlcuq Universitetində
Ali Hərbi Məktəbdə “Azərbaycan multikulturalizmi” dərsi keçirilib