Multikulturalizm Mərkəzi səfirliklə birgə onlayn mühazirələr təşkil edəcək
3-7 avqust 2020-ci il tarixindən etibarən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin tədris şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru İrina Kunina brazilyalı tələbələrə “Azərbaycan Multikulturalizmi” fənnindən mühazirə oxuyacaq. Mühazirələr "Azərbaycanın Gənc Dostları" Klubunun Braziliya filialının təşəbbüsü ilə təşkil ediləcək. Mühazirələrə Beynəlxalq Qış Məktəbi 2020 layihəsinin iştirakçılarından biri - Claudio Antonio Klaus moderatorluq edəcək. Onlayn şəkildə təşkil olunacaq mühazirə iştirakçılarının hər birinə sonda sertifikatlar veriləcək. Onu da qeyd edək ki, mühazirələr Azərbaycanın Brazilyadakı səfirliyinin dəstəyi ilə təşkil olunacaq.