Şri Şri Universitetində Azərbaycan Multikulturalizmi fənninin tədrisi başlayıb

Hindistanın Şri Şri Universitetində Azərbaycan Multikulturalizmi fənninin 2022-ci il üçün tədrisi başlayıb.  Mühazirələrə universitetin 77 tələbəsi dinləyici kimi qoşulub.  Qeyd edək ki, Şri Şri Universitetində “Azərbaycan mültikulturalizmi” fənni Kənan Məmmədov tərəfindən tədris olunur. Layihə  “Azərbaycan multikulturalizmi” fənninin xarici universitetlərdə tədrisi layihəsi çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Şri Şri Universiteti arasında 2017-ci ilin dekabrında əldə edilən razılaşma əsasında keçirilir. Universitet dünya söhrətli Humanitar lider və sülhməramlı səfir Gurudev Şri Şri Ravi Şankarın adını daşıyır.

Etiketlər