Azərbaycan Respublikasının Prezidenti
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü iş nəticəsində xaricdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi geniş coğrafiyanı əhatə etməkdədir. “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsini BBMM 2015-ci ildən həyata keçirir. Hazırda bu layihə çərçivəsində dünyanın 22 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur. Eyni zamanda bu fənnin tədrisi ölkəninin 40-a yaxın universitetinin magistratura pilləsində də həyata keçirilir. Bununla yanaşı, 2019-2020-ci tədris ilindən etibarən, Azərbaycan Prezidentinin tövsiyəsi və Təhsil nazirinin müvafiq əmri ilə ölkənin bütün ali təhsil məktəblərinin bakalavr səviyyələrində “Multikulturalizmə giriş” əsas fənn kimi tədris edilir. Bununla əlaqədar Təhsil Nazirliyi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə layihəsi olan “Multikulturalizmə giriş” dərsliyi də nəşr edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir.
Bu fikri BBMM-in icraçı direktoru Rəvan Həsənov AzTV- nin "Səhər" proqramına müsahibəsində deyib
Bu fikri BBMM-in icraçı direktoru Rəvan Həsənov Real TV - yə müsahibəsində deyib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 may 2014-cü il tarixli fərmanı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təsis olunduğu tarixdən etibarən həm həyat tərzi, həm də dövlət siyasəti olaraq lokal və qlobal arenada çox ciddi layihələr, o cümlədən, tədbirlər həyata keçirib.
Bu fənni tədris edən müəllimlər üçün təşkil olunan treninqlər 03 noyabr – 01 dekabr 2018-ci il tarixlərində keçirilib.
Türkiyənin Ərciyes Universiteti, Rusiyanın Ural Federal Universiteti və Portuqaliyanın Lusofona Humanitar Elmlər və Texnologiya Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı müntəzəm dərslər uğurla davam etdirilir.
Polşanın Vroslav Universiteti və Bolqarıstanın K.Orxidski adına Sofiya Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı müntəzəm dərslərə start verilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hazırda sözügedən layihə çərçivəsində respublikamızın 39, dünyanın 20 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni uğurla tədris edilir.
Ali məktəblər üçün nəzərdə tutulan “Azərbaycan multikulturalizmi” dərsliyinin təqdimatı keçirilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin keçirdiyi növbəti treninqlər yekunlaşıb
“Azərbaycan multikulturalizmi” fənni Almaniyanın Vürtsburq Universitetində
“Azərbaycan multikulturalizmi” fənninin tədrisi İndoneziyanın Qacah Mada Universitetində
“Azərbaycan multikulturalizmi” fənninin tədrisi Texniki Universitetdə
“Lusofona kimi nəhəng universitetin qapılarını üzümüzə açması Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin böyük nailiyyətidir”
Türkiyədə Azərbaycan multikulturalizmi tədrisinin monitorinqi aparılıb
Portuqaliyada Azərbaycan multikulturalizmi tədrisinin monitorinqi aparılıb
ABŞ universitetlərində təhsil alan yəhudi gənclər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində
İtaliya universitetləri “Azərbaycan multikulturalizmi” fənnini tədris etmək niyyətindədir
Multikulturalizm Mərkəzində Azərbaycan multikulturalizmi fənnini tədris edən mütəxəssislərlə görüş keçirilib
Çexiyada Azərbaycan multikulturalizmi