Azərbaycan Respublikasının Prezidenti
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycandakı tolerant və multikultural mühitin, eləcə də bütövlükdə mədəni və dini müxtəlifliklərin qorunması, təbliği və tədqiqi istiqamətində yerli və beynəlxalq səviyyəli konfranslar,dəyirmi masalar, görüşlər və seminarlar keçirir. Bu tədbirlərdə Azərbaycanın və xarici ölkələrin tanınmış mütəxəssisləri, alim və ziyalılar iştirak edirlər
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Şəhidi olmayan xalq məzlum xalqdır.
Qanlı Yanvar hadisəsi Azərbaycanın qəhrəmanlıq səhifəsidir. Bu hadisə sovet imperiyasını dağıtmağın sanki bir başqa yolu oldu.
20 Yanvar şəhidləri Azərbaycanın müstəqilliyə gedən yolunu açdılar.
Noyabrın 5-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Zəfər Gününün ikinci ildönümünə həsr edilmiş "Biz birlikdə güclüyük" mövzusunda konfrans keçirilib.
Fevralın 23-də “Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” mövzusunda XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı gündən Azərbaycanda yaşayan xalqların mədəniyyətinin, dilinin və adət-ənənəsini qorunması istiqamətində müxtəlif layihələr həyata keçirir. Bugünkü təqdimatımız da həmin layihələr çərçivəsində görülən işlərdən biridir.
Sabunçu Rayon Gənclər Evi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü və Azərbaycanın Multikulturalizm Modeli” mövzusunda seminar-muhazirə keçirilib. Seminarda BBMM-in Analitika şöbəsinin müdiri, fəlsəfə doktoru Rəşad İlyasov mövzu ilə bağlı mühazirə oxuyub, sonra isə sualları cavablandırıb.
Noyabrın 12-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Zəfər bayramı və Axıska türklərinin tarixi vətənlərindən sürgün olunmasının 77-ci il dönümü ilə bağlı tədbir keçirilib.
Ankarada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və ölkəmizin mədəniyyətinin beynəlxalq arenada təmsil etmək məqsədi ilə yaradılan “Ankara Azərbaycan Mədəniyyət və İncəsənət Dərnəyi”nin birgə təşkilatçılığı “Bu zəfər hamımızın ortaq zəfəri” adlı tədbir keçirilib.
Vətən müharibəsində birlik və həmrəylik nümayiş etdirərək dəmir yumruq kimi birləşən müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşları çiyin-çiyinə döyüşərək işğala son qoyublar. Bu barədə noyabrın 4-də Bakı Beynəlxalq Multikuturalizm Mərkəzi (BBMK) və Quba Rayon İcra Hakimiyyətinin 8 Noyabr - Zəfər Günü münasibətilə birgə təşkil etdiyi “Biz birlikdə güclüyük” mövzusunda konfransda bildirilib.
ABŞ-ın Los-Anceles şəhərinin bir qrup dini icma rəhbəri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub. Görüşdə Mərkəzin icraçı direktoru Rəvan Həsənov Prezident İlham Əliyevin yürütdüyü uğurlu multikulturalizm siyasəti, Azərbaycan multikulturalizmi modelinin üstünlükləri, “Bakı prosesi”, eləcə də rəhbərlik etdiyi qurumun yeddiillik fəaliyyəti dövründə həyata keçirilən layihələr və 10 ölkədə fəaliyyət göstərən filiallarının fəaliyyəti haqqında geniş məlumat verib.
Tədbirdə, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov 11-15 sentyabr tarixlərində İtaliyanın Bolonya şəhərində keçirilən G20 Sammitinin Dinlərarası Dialoq Forumunda iştirak edib.
Forumda ölkəmizi Azərbaycanın dini konfessiya rəhbərlərinin təmsil olunduğu nümayəndə heyətinin rəhbəri qismində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə və mədəniyyət naziri Anar Kərimov təmsil edirlər.
Ukraynanın Müstəqillik Gününün 30-cu ildönümü münasibətilə Azərbaycanın Ukrayna Konqresi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birlikdə təntənəli tədbir keçirib.
Bu gün Nərimanov rayonunda yerləşən 47 saylı orta məktəbin bir qrup yuxarı sinif şagirdi məktəb direktoru Aytən Bağırova və müəllimə Aybəniz Rüstəmovanın müşaiyəti ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qonağı olub.
18 oktabr 2020-ci il tarixində Hindistanın Şri Şri Universitetində Azərbaycanın Müstəqillik Günü münasibətilə video konfrans keçirilib
Forumda Bakı Beynəlxalq Multkulturalizm Mərkəzinin əməkdaşı Rəhim Rəhimov “Sosial media azlıqlara qarşı yönəlmiş nifətin təbliği ilə mübarizədə pozitiv təşəbbüslər” mövzusunda çıxış edib
Multikulturalzm Mərkəzinin tədris şöbəsinin müdiri İrina Kunina Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universitetinin Filologiya İnstitutunun türkologiya kafedrasının tələbələri üçün "Azərbaycan multikulturalizmi modeli" mövzusunda mühazirə oxuyub.