Robert Mobili: Qanlı Yanvar hadisəsi Azərbaycanın qəhrəmanlıq səhifəsidir

Qanlı Yanvar hadisəsi Azərbaycanın qəhrəmanlıq səhifəsidir. Bu hadisə sovet imperiyasını dağıtmağın sanki bir başqa yolu oldu.

Bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr edilən konfransda Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili söyləyib.

O bildirib ki, 20 Yanvar hadisəsi qlobal vəziyyət idi. 20 Yanvar şəhidləri həm də Azərbaycanın qəhrəmanlarıdır. Biz onları hər zaman xatırlayacağıq.

R.Mobili o acı günləri hələ də xatırladığını qeyd edərək deyib: "20 Yanvar faciəsi zamanı özüm Qəbələdə, ailəm isə Bakıda idi. Mən bir müddətdən sonra Bakıya gələndə dağıdılmış küçələri, tankın altında qalmış maşınları, insanların vəziyyətini gördüm. Bunu ancaq gözlə görmək lazım idi. Biz onu görmüşük. Orada həlak olan qəhrəmanlar azadlıq uğrunda şəhid olmuşdular".

Etiketlər