Milix Yevdayev: Azərbaycan xalqının milli azadlıq hərəkatı məhz 20 Yanvar hadisələri ilə başlandı

Şəhidi olmayan xalq məzlum xalqdır. Birinci və İkinci Qarabağ müharibələrinin şəhidləri, eləcə də 20 Yanvar şəhidləri Azərbaycan xalqının necə məğrur xalq olmasına dəlalət edir.

Bu sözləri Bakı Dağ Yəhudiləri icmasının rəhbəri Milix Yevdayev söyləyib.

O bildirib ki, Azərbaycan xalqının milli azadlıq hərəkatı məhz 20 Yanvar hadisələri ilə başlandı. Azərbaycan elə böyük təzyiqə məruz qaldı ki, heç kəs sovetlər məkanında bunun real olmasına inana bilmirdi.

“Müdriklər deyib: Əndazədən çıxsan rüsvay olarsan”. Məhz sovetlər dövləti, başda Mixail Qorbaçov olmaqla əndazədən çıxdı və rüsvay oldu. Onlar şimşək kimi çaxmaq, qartal kimi uçmaq istədilər, amma qanadları qırıldı. Onlar gül tək açmaq istədilər, lakin xəzan olub soldular. Qılıncından qan damanlar öz paylarını alıb getdilər. Bunu Azərbaycan xalqı, milləti və onun gələcəyə inamı etdi”, - deyə M.Yevdayev qeyd edib.

Etiketlər