Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünyada yaranan koronovirus pandemiyası dönəmində, Azərbaycan multikulturalizmi modelinin xarici ölkələrdə təbliğini online tədbirlər şəklində davam etdirir
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünyada yaranan koronovirus pandemiyasına baxmayaraq, Azərbaycan multikulturalizmi modelinin xarici ölkələrdə təbliğini online tədbirlər şəklində davam etdirir. Bu tədbirlər çərçivəsində növbəti layihə gerçəkləşdirilib. Multikulturalzm Mərkəzinin tədris şöbəsinin müdiri İrina Kunina Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universitetinin Filologiya İnstitutunun türkologiya kafedrasının tələbələri üçün "Azərbaycan multikulturalizmi modeli" mövzusunda mühazirə oxuyub. Mühazirədə Şevçenko adına Kiyev Milli Universitetinin Azərbaycan dili, mədəniyyəti və tarixini öyrənən tələbələri iştirak ediblər.
Xatırladaq ki, layihənin kuratoru BBMM-in ukraynalı üzvü Marina Qonçarukdur.