Rəvan Həsənov: Ulu Öndər tərəfindən 20 Yanvar hadisələrinə siyasi qiymətin verilməsi çox vacib addım oldu

20 Yanvar şəhidləri Azərbaycanın müstəqilliyə gedən yolunu açdılar. Azərbaycan xalqı məhz onların qətiyyəti, qanı-canı hesabına bugünkü günlərini yaşayır.

Bu sözləri jurnalistlərə açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov söyləyib.

İcraçı direktor bildirib ki, 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən 20 Yanvar hadisələrinə siyasi qiymətin verilməsi çox vacib addım oldu. 20 Yanvar hadisələri sovet ordusu tərəfindən ilk dəfə olaraq sovet şəhərinə qoşun yeritməklə bir xalqın milli azadlıq hərəkatını boğmaq məqsədi daşıyırdı. Ona görə də bu hadisələrin yaddaşlardan silinməməsi çox vacibdir. Mərkəz tərəfindən gənclərlə, Azərbaycanda yaşayan xalqların nümayəndələri ilə, dini icmalarla həm ölkə daxilində, həm də xaricdə tədbirlər daim təşkil olunacaq.

Etiketlər