Azərbaycanın Ukrayna Konqresi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birlikdə təntənəli tədbir keçirib
Ukraynanın Müstəqillik Gününün 30-cu ildönümü münasibətilə Azərbaycanın Ukrayna Konqresi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birlikdə təntənəli tədbir keçirib. Tədbirdə BBMM-in icraçı direktoru Rəvan Həsənov da iştirak edib. Əlamətdar gün münasibətilə paytaxtın mərkəzi küçələrində Azərbaycan və Ukraynanın dövlət bayraqları ilə yürüş də keçirilib. Fəxri qonaqlar arasında Axıska Türklərinin "Vətən" Cəmiyyətinin rəhbəri İsmayıl Rəhimov, eləcə də Azərbaycandakı Avropa Yəhudiləri dini icmasının sədr müavini Yevgeni Brenessen də olub.