Multikulturalizm Mərkəzində görüş keçirilib
Bu gün Nərimanov rayonunda yerləşən 47 saylı orta məktəbin bir qrup yuxarı sinif şagirdi məktəb direktoru Aytən Bağırova və müəllimə Aybəniz Rüstəmovanın müşaiyəti ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qonağı olub. BBMM-in icraçı direktoru Rəvan Həsənov qonaqları salamlayaraq, onlara multikulturalizm siyasəti, Azərbaycandakı multikultural mühit, multikulturalizm modeli, eləcə də Multikulturalizm Mərkəzinin fəaliyyəti, həyata keçirilən layihələr haqda geniş məlumat verib. Sonda görüş iştirakçılarına BBMM-in nəşri olan kitablar hədiyyə edilib.