Bolqarıstan universitetlərinin tələbələrinə mühazirə təqdim olunub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin uğurlu layihələrindən biri olan “Azərbaycan Multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədrisi davam edir. Hazırda sözü gedən layihə çərçivəsində dünyanın 22 aparıcı universitetində bu fənn uğurla tədris olunur. Ötən gün Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti və Yeni Bolqar Universitetinin tələbələri üçün növbəti mühazirə təqdim olunub. Online şəkildə təşkil edilən mühazirə “Multikulturalizm və xarici siyasət” mövzusuna həsr olunub. Mühazirəçi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Tədris şöbəsinin müdiri, dosent İrina Kunina, sonda tələbələri maraqlandıran sualları cavablandırıb.

Etiketlər