Multikulturalizm Mərkəzi treninqlərə başlayıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi oktyabrın 29-da növbəti treninqlərə başlayıb. Treninqlər “Multikulturalizmə giriş” fənnini ali məktəblərdə tədris edəcək müəllimlərin bilik səviyyələrinin artırılması məqsədi ilə təşkil olunub. Xatırladaq ki,  Azərbaycan Respublikası Prezidentinin tövsiyəsi və Təhsil Nazirinin müvafiq əmri ilə 2019-cu ilin sentyabr ayından etibarən, ölkəmizin bütün ali təhsil ocaqlarının bakalavr səviyyələrində “Multikulturalizmə giriş” əsas fənn kimi tədris olunur. Treninqdə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Gömrük Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət Pedaqoji Kollecindən müəllimlər iştirak edəcəklər. Treninqlər dekabrın 3-dək davam edəcək. Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Etiketlər