Azərbaycan Respublikasının Prezidenti
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
BBMM-in icraçı direktoru Rəvan Həsənov Real TV kanalına müsahibə verib
BBMM tərəfindən artıq 5 ildir seçmə fənn kimi tədris olunan“Multikulturalizmə giriş “ sentyabr ayından etibarən, ölkənin bütün ali məktəblərinin bakalavr pilləsində əsas fənn kimi tədris ediləcək. Bu fikri BBMM-in icraçı direktoru Rəvan Həsənov ATV-Səhər proqramına müsahibəsində deyib
Azərbaycan Dillər Universiteti (ADU) “Aida İmanquliyeva və Şərq-Qərb əlaqələrinin multikultural tədqiqi” məqalələr toplusunu nəşr edib.
rezident İlham Əliyev “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.
Aprelin 1-2-də Avstriyanın paytaxtı Vyanada, ATƏT-in baş qərargahında “Tolerantlıq və qeyri-ayrı-seçkilik prinsiplərinin qorunması, o cümlədən din və ya etiqad azadlığının təşviqi və müdafiəsi” mövzusunda insan ölçüsü üzrə birinci əlavə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov iştirak edib.
Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz. 31 mart məhz fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz günlərdəndir.
Multikulturalizm Mərkəzində “1918-ci il mart soyqırımı və yəhudilər” mövzusunda keçirilən II beynəlxalq elmi konfrans haqqında Aztv kanalının hazırladığı videosüjet.
Multikulturalizm Mərkəzində “1918-ci il mart soyqırımı və yəhudilər” mövzusunda keçirilən II beynəlxalq elmi konfrans haqqında Real tv kanalının hazırladığı videosüjet.
Martın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Qadın gülərsə…” adlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tanınmış İsrail müğənnisi, flamenko üslubunda ifa edən Şimon Siboni martın 26-də Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində konsert verib. Konsert Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Avropa yəhudilərinin Bakı dini icmasının, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının dəstəyi ilə keçirilib
Martın 18-də Kiyev şəhər kitabxanasında ziyalıların, tələbələrin, Azərbaycan diasporu nümayəndələrinin ölkəmizin Alban-Udi xristian icmasının lideri, Bakı Dövlət Universitetinin baş elmi işçisi Robert Mobili və Udi icmasının rəhbəri Rafiq Danakari ilə görüşü keçirilib.
Rəvan Həsənov: “30 yaşımda bu mərkəzin rəhbəri olmaq kimi planım yox idi”
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası Fransisk Həzrətlərinə Tacqoyma Gününün ildönümü münasibətilə təbrik məktubu göndərib.
Multikulturalizm bizim siyasətimizin tərkib hissəsidir. Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən hesab edilir. Bunun tarixçəsi də var.
Azərbaycanda tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi daim dövlətin nəzarətində saxlanılır.
İctimai Televiziyanın “Media ilə üz-üzə” layihəsinin budəfəki buraxılışı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinə həsr edilib. İTV-nin, Day.az saytının,The First News informasiya agentliyinin və BBMM-in əməkdaşlarının suallarını mərkəzin icraçı direktoru Rəvan Həsənov cavablandırıb.
Amerikada yəhudi icması tərəfindən ən çox sevilən və hörmət olunan müsəlman ölkəsi Azərbaycandır. Azərbaycanın multikulturalizm sahəsində gördüyü işlər ən yüksək səviyyədədir.
Azərbaycan multikulturalizmi bütün dünyaya nümunədir. Ölkəmizdə bütün dinlərin və millətlərin nümayəndələri əsrlər boyu heç bir ayrı-seçkiliyə məruz qalmadan birlikdə yaşayıblar və bu gün də yaşamaqdadırlar.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan “Multikulturalizm” verilişinin 11-ci buraxılışı yayımlandı.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsi fevralın 19-da Xaçmazda davam etdirilib.