Mark Şnayer: Amerikada yəhudi icması tərəfindən ən çox sevilən müsəlman ölkəsi Azərbaycandır
Bakı, 5 mart
Amerikada yəhudi icması tərəfindən ən çox sevilən və hörmət olunan müsəlman ölkəsi Azərbaycandır. Azərbaycanın multikulturalizm sahəsində gördüyü işlər ən yüksək səviyyədədir.
Bu sözləri ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer jurnalistlərə müsahibəsində deyib.
M.Şnayer əlavə edib ki, Azərbaycandakı tolerant mühit Amerikada yüksək qiymətləndirilir.