Azərbaycan Respublikasının Prezidenti
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
Bu gün Azərbaycanda mədəni müxtəlifliklə bağlı dəyərlərin, eyni zamanda, multikultural dəyərlərin təbliği ilə bağlı bir çox tədbirlər təşkil olunur.
XII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları iyulun 26-da, günün ikinci yarısında Şəkinin tarixi məkanları ilə tanış olub, görməli yerlərini gəziblər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) iyulun 24-dən “Multikulturalizm siyasəti qlobal və regional sülhün açarı kimi” adlı XII Beynəlxalq Multikulturalizm Yay Məktəbi layihəsinə start verib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərliyi və XII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları iyulun 25-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Avropa Ravvinləri Konfransının icraçı direktoru Qadi Qroniçlə görüşüb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Multikulturalizm siyasəti qlobal və regional sülhün açarı kimi” adlı XII Beynəlxalq Multikulturalizm Yay Məktəbi layihəsinə start verir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan “Multikulturalizm” verilişinin çəkilişləri bu dəfə Xocavənd rayonunun Hadrut qəsəbəsində və Azıx mağarasında aparılıb. Çəkilişlərdə AMEA-nın Tarix İnstitutunun dosenti Güntəkin Nəcəfli və tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli müsahib kimi iştirak ediblər.
Mən Beynəlxalq Multikulturalizm Yay Məktəbini iki cəhətdən faydalı hesab edirəm. Birinci cəhət odur ki, burada iştirak edənlərin böyük əksəriyyəti təmsil etdikləri ölkələrin universitetlərində Azərbaycan multikulturalizm fənnindən dərs almış tələbələrdir. Onlar universitetlərdə öyrəndiklərinin nəzəri tərəfini burada praktiki cəhətdən öz gözləri ilə görür, kitablarda oxuduqları məqamlara daha da aydınlıq gətirirlər.
İyunun 24-də Vyanada keçirilən “Sülh Naminə Dinlərarası və Mədəniyyətlərarası Dialoqun, Anlaşmanın və Əməkdaşlığın Təşviqi” adlı beynəlxalq konfrans barədə RealTV tərəfindən ətraflı süjet hazırlayaraq yayımlanıb.
İyunun 24-də Vyana şəhərində “Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupunun üzvləri və ekspertlərdən ibarət heyət iyunun 16-17-də Cəbrayıl, Zəngilan rayonlarında və Şuşanın Daşaltı kəndində yerləşən mədəni, tarixi və dini abidələrə baxış keçirmək məqsədilə bölgəyə səfər edib, Zəngilan rayonunun Ağalı kəndində İşçi Qrupun növbəti iclası keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “International Journal of Multiculturalism” (Beynəlxalq Multikulturalizm Jurnalı) adlı beynəlxalq elmi jurnalının sayca beşinci, bu il üçün isə ilk sayı işıq üzü görüb.
Çilinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Fidel Koloma Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) türk dünyasının görkəmli elm adamlarını “Şərəf” medalı ilə mükafatlandırıb. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla da mükafatlandırılanlar arasındadır.
ABŞ Dövlət Departamenti dünyada dini etiqad azadlığının vəziyyəti ilə bağlı 2021-ci il üçün illik hesabatını dərc edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Azərbaycanda səfərdə olan Kanada nümayəndə heyəti ilə görüş keçirilib.
Mayın 31-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri professor Məhəbbət Paşayevanın “Qarabağın və Şərqi Zəngəzurun alban abidələri” kitabının təqdimat mərasimi keçirilib. CBC TV tədbirdən videosüjet hazırlayıb.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Qarabağın və Şərqi Zəngəzurun alban abidələri” kitabının təqdimatı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ili Azərbaycanda “Şuşa İli” elan etməsi çərçivəsində mayın 25-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Şuşa şəhərində “Şuşa birliyimizin rəmzidir” adlı dəyirmi masa keçirib.
Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli Azərbaycan Televiziyasının "Əsas məsələ" verilişinin qonağı olub.