Rəvan Həsənovun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsinə təyin edilməsi münasibətlə bu gün BBMM-in konfrans zalında toplantı keçirilib

Prezident İlham Əliyevin 12 fevral 2019-cu il tarixli Sərəncamı ilə Rəvan Həsənovun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsinə təyin edilməsi münasibətlə bu gün BBMM-in konfrans zalında Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun iştirakı ilə toplantı keçirilib. Toplantıda çıxış edən PA-nın şöbə müdiri Etibar Nəcəfov, BBMM-in icraçı direktoru Rəvan Həsənov, eləcə də mərkəzin əməkdaşları dövlət başçısına Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinə göstərdiyi yüksək diqqət və etimada görə təşəkkürlərini bildiriblər. Çıxışlarda vurğulanıb ki, cənab Prezidendin BBMM-in fəaliyyəti istiqamətində təklif və təşəbbüslərin həyata keçirilməsində bundan sonra da bütün kollektivi var gücü ilə çalışaraq etimadı doğruldacaqdır.