Azərbaycan Respublikasının Prezidenti
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
Son bir neçə ildə, G20 Dinlərarası Forum Assosiasiyası (IF20) hər il ardıcıl keçirilən G20 zirvə görüşləri ilə əlaqədar olaraq G20 Dinlərarası Forumları təşkil edir.
Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli Azərbaycan Televiziyasının "Əsas məsələ" verilişinin qonağı olub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Ümummilli lider Heydər Əliyevin 99 illiyi münasibəti ilə “Heydər Əliyev və Azərbaycan multikulturalizmi” mövzusunda konfrans keçirilib.
Uilyam Kimlika 1962-ci ildə Kanadada dünyaya gəlib. Multikulturalizm və siyasi fəlsəfə sahəsində çoxsaylı monoqrafiya və məqalələrin müəllifidir. Kimlika 1998-ci ildən Kanadanın Kinqston şəhərindəki Quens Universitetinin fəlsəfə kafedrasının professorudur.
Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” V Beynəlxalq elmi konfrans keçirilib. Konfransda Rumıniya, Əlcəzair, Qazaxıstan və başqa ölkələrdən məruzəçilər iştirak edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən aprel ayının 4-dən 18-dək müddətdə Azərbaycanda ali məktəblərin bakalavr səviyyəsində tədris edilən “Multikulturalizmə giriş” fənninin monitorinqi aparılıb. Monitorinqlərdə tələbələrin bilik və bacarıqlarının səviyyəsinin müəyyənləşdirilməsi ilə yanaşı, eyni zamanda, onların bu fənnin tədrisi ilə bağlı sual, təklif və iradlarının öyrənilməsi məqsədi ilə sorğu da aparılıb.
Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli Azərbaycan Televiziyasının "Əsas məsələ" verilişinin qonağı olub
Müasir cəmiyyətdə bəzi dini cərəyanların məqsədyönlü şəkildə özlərinə xas olan radikal, fundamentalist və antisekulyar baxışlarını təbliğ etmələri artmaqdadır. Eləcə də, dünyəvi idarəetmə əsaslarının sarsıdılması, dini dözümsüzlük və teokratik hakimiyyət qurmaq istəkləri müşahidə olunur.
Ukraynalı tələbələr üçün Azərbaycan multikulturalizmizi seçmə fənninin onlayn formatda yeni kursuna start verilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov və millət vəkili Ceyhun Məmmədov Səs TV-nin “Ümummilli Lider Heydər Əliyev çağdaş Azərbaycançılıq ideyasının siyasi banisidir” mövzusunda verilişinin qonağı olub.
Xristian dini icmalarının təşəbbüsü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyilə aprelin 14-də Xocavənd rayonuna səfərə çıxanların arasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı kimi mən də vardım. Pasxa bayramı ərəfəsində haqq dərgahına ünvanlanan dualar göylərə Qarabağın işğaldan qurtarılmış məbədlərindən bülənd olacaqdı.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ölkəmizdəki ali təhsil müəssisələri, eləcə də kolleclərdə “Multikulturalizmə giriş” fənnini tədris edən müəllimlərə treninqlərin keçirilməsinə başlayıb.
Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov İctimai Televiziyanın "Radius" verilişinin qonağı olub.
Bu günlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Qafqaz Albaniyasını öyrənirik layihəsi çərçivəsində “Qarabağın və Şərqi Zəngəzurun Alban abidələri” kitabı hazırlanaraq çap edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Səs TV"də yayımlanan “Multikulturalizm Azərbaycançılıq ideyasının tərkib hissəsidir” mövzusunda verilişin qonağı olub.
Martın 31-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində “Azərbaycanlıların soyqırımı-1918” mövzusunda dəyirmi masa təşkil olunub.
Azərbaycanla Polşa arasında ilk diplomatik əlaqələr 1472-ci ildə Ağqoyunlu hökmdarı Uzun Həsən və Polşa kralı Kazimir Yaqelonçikin dövründə qurulmuşdur. Azərbaycana ilk polyaklar hələ XIII əsrdə gəlməyə başlamışlar. Onlar bura könüllü vəya hərbi əsir kimi gəlmişlər. XVII əsrdə polyak missionerləri Pol Vraçinski, Endjey Zelonatski və Aleksandr Kulyoşa Gəncəyə səfər etmişlər.
Martın 15-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə "Mənəvi intibah" filminin təqdimatı keçirilib. Tədbiri açan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Mənəvi intibah" sənədli filmi haqqında məlumat verib. Bildirib ki, filmdə insanların dəyərlərdən uzaqlaşdıqca mənəviyyatlarında böhran baş verməsindən, dinin siyasiləşdirilməsinin fəsadlarından, insanlığın, bəşəriyyətin böhranlardan, müharibələrdən, eləcə də digər qlobal və regional kataklizmlərdən xilas yolunun mənəvi intibahdan keçməsindən, xüsusilə hazırda dünyada mövcud olan mənəvi böhrandan çıxış yolu, o cümlədən bir “yol xəritəsi” kimi Azərbaycanda formalaşmış multikultural, tolerantlıq, birgəyaşayış ənənələrindən bəhs edilib.
Martın 10-da Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm Mərkəzində “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabının təqdimatı olub. Kitabın elmi redaktoru və “Ön söz”ünün müəllifi akademik Kamal Abdulladır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Azərbaycan multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hal-hazırda sözügedən layihə çərçivəsində 24 ölkənin nüfuzlu unversitetində “Azərbaycan multikulturalizmi” tədris edilir.