Azərbaycan Respublikasının Prezidenti
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Beynəlxalq Multikulturalizm” elmi araşdırmalar jurnalının 2021-ci ildə ikinci sayı nəşr edilib.
Ölkəmizdə səfərdə olan ABŞ-ın Los-Anceles şəhərinin bir qrup dini icma rəhbəri və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli Azərbaycan Televiziyasının "Əsas məsələ" proqramının qonağı olub.
Oktyabrın 29-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Bütün təhdidlərə qarşı multikulturalizm və dini harmoniyanın təmin olunması” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində İsveçdən gələn jurnalistlərlə görüş keçirilib. Görüş zamanı BBMM-in icraçı direktoru Rəvan Həsənov qonaqlara Azərbaycan multikulturalizm modeli, eləcə də Mərkəzin həyata keçirdiyi layihələr haqda geniş məlumat verib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Dodo” qəzetinin (2017-2020) 3 illik buraxılışının kitab şəklində nəşri münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan BBMM-in analitika şöbəsinin müdiri Rəşad İlyasov qonaqları salamlayaraq, görüş haqda məlumat verib.
ABŞ-ın Los-Anceles şəhərinin bir qrup dini icma rəhbəri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub. Görüşdə Mərkəzin icraçı direktoru Rəvan Həsənov Prezident İlham Əliyevin yürütdüyü uğurlu multikulturalizm siyasəti, Azərbaycan multikulturalizmi modelinin üstünlükləri, “Bakı prosesi”, eləcə də rəhbərlik etdiyi qurumun yeddiillik fəaliyyəti dövründə həyata keçirilən layihələr və 10 ölkədə fəaliyyət göstərən filiallarının fəaliyyəti haqqında geniş məlumat verib.
Azərbaycan Televiziyası ölkəmizdə yaşayan ləzgilərin həyat tərzi, adət və ənənələrindən bəhs edən film hazırlayıb.
Seminarda ölkəmizdə fəaliyyət göstərən milli və dini icmaların nümayəndələri, eləcə də Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri iştirak ediblər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Rusiya Federasiyası Müsəlman Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru, professor Demir Muxetdinovla görüşüb. R.Həsənov qonaqları salamlayaraq, görüş üçün təşəkkürünü bildirdikdən sonra, Azərbaycandakı multikultural və tolerant mühit, dövlət başçısı İlham Əlyev tərəfindən həyata keçirilən multikulturalizm siyasəti, eləcə də Azərbaycan multikulturalizm modeli haqda ətraflı məlumat verib.
Radif Heybət oğlu Mustafayev - 23 aprel 1978-ci ildə Lənkəran rayonu Kənarmeşə kəndində doğulub. 1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini fəlsəfə ixtisası üzrə bakalavr pilləsini, 1999-2001-ci illərdə sosial-fəlsəfə ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib, 2001-2004-cü illərdə AMEA-nın aspiranturasında təhsil alıb.
Tədbirdə, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sentyabrın 21-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Həqiqətin onomastikası” kitabına əlavə və dəyişikliklərin edilməsi məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov 11-15 sentyabr tarixlərində İtaliyanın Bolonya şəhərində keçirilən G20 Sammitinin Dinlərarası Dialoq Forumunda iştirak edib.
Forumda ölkəmizi Azərbaycanın dini konfessiya rəhbərlərinin təmsil olunduğu nümayəndə heyətinin rəhbəri qismində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə və mədəniyyət naziri Anar Kərimov təmsil edirlər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli Azərbaycan Televiziyasının "Əsas məsələ" verilişinin qonağı olub
Azərbaycan multikulturalizminin xarici ölkələrdə tədrisi layihəsi çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi dərslər 2021-2022-ci tədris ilində də uğurla davam etdiriləcək.
Ukraynanın Müstəqillik Gününün 30-cu ildönümü münasibətilə Azərbaycanın Ukrayna Konqresi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birlikdə təntənəli tədbir keçirib.
Azərbaycandakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayevin İsrailin "jewishjournal.com" saytında məqaləsi dərc edilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Eurasia Diary-yə müsahibə verib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli Mədəniyyət kanalının "Səhər" verilişinin qonağı olub