Azərbaycan Respublikasının Prezidenti
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycandakı tolerant və multikultural mühitin, eləcə də bütövlükdə mədəni və dini müxtəlifliklərin qorunması, təbliği və tədqiqi istiqamətində yerli və beynəlxalq səviyyəli konfranslar,dəyirmi masalar, görüşlər və seminarlar keçirir. Bu tədbirlərdə Azərbaycanın və xarici ölkələrin tanınmış mütəxəssisləri, alim və ziyalılar iştirak edirlərBakı Beynəxalq Multikulturalizm Mərkəzinin ölkədaxili və xaricində təşkil etdiyi dəyirmi masalar
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Azərbaycanda səfərdə olan Kanada nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ili Azərbaycanda “Şuşa İli” elan etməsi çərçivəsində mayın 25-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Şuşa şəhərində “Şuşa birliyimizin rəmzidir” adlı dəyirmi masa keçirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ili Azərbaycanda “Şuşa İli” elan etməsi çərçivəsində mayın 25-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Şuşa şəhərində “Şuşa birliyimizin rəmzidir” adlı dəyirmi masa keçirib.
G20 Dinlərarası Forum regional hazırlıq iclası çərçivəsində “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” mövzusunda baş tutan beynəlxalq konfransın iştirakçıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qonağı olublar.
Mayın 18-də G20 Dinlərarası Forum Regional Hazırlıq İclası çərçivəsində “Prioritet Qlobal Məsələlər üzrə Multikultural Perspektivlər” adlı beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Stirling Fondunun prezidenti Edvard Rou (ABŞ) və Yetmişlər Kvorumu, İsa Məsihin Son Zamanlar Müqəddəsləri Kilsəsinin nümayəndəsi Erix V.H.Kopişke (ABŞ) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovla görüşüb.
Mayın 17-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Vyana Yəhudi icmasının ravvini və Ştiriya əyalətinin paytaxtı Qratsın baş ravvini Şlomo Hofmeyster (Schlomo Hofmeiter) ilə görüşüb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Ümummilli lider Heydər Əliyevin 99 illiyi münasibəti ilə “Heydər Əliyev və Azərbaycan multikulturalizmi” mövzusunda konfrans keçirilib.
Martın 15-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə "Mənəvi intibah" filminin təqdimatı keçirilib. Tədbiri açan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Mənəvi intibah" sənədli filmi haqqında məlumat verib. Bildirib ki, filmdə insanların dəyərlərdən uzaqlaşdıqca mənəviyyatlarında böhran baş verməsindən, dinin siyasiləşdirilməsinin fəsadlarından, insanlığın, bəşəriyyətin böhranlardan, müharibələrdən, eləcə də digər qlobal və regional kataklizmlərdən xilas yolunun mənəvi intibahdan keçməsindən, xüsusilə hazırda dünyada mövcud olan mənəvi böhrandan çıxış yolu, o cümlədən bir “yol xəritəsi” kimi Azərbaycanda formalaşmış multikultural, tolerantlıq, birgəyaşayış ənənələrindən bəhs edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tarixçi alimlərin, milli icma rəhbərlərinin və Xocalı sakinlərinin iştirak etdikləri tədbirdə Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fevralın 23-də Qafqaz Müsəlmanları İdarəsində “Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” mövzusunda keçirilən XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qonaqları salamlayıb, gənclərin “multikultural dəyərlər” diyarı Azərbaycana səfərindən məmnunluğunu ifadə edib.
Multikulturalizm Mərkəzinin Tədris şöbəsinin müdiri İrina Kunina Qiş Məktəbi iştirakçılarına "Multikulturalizmin Azərbaycan modeli" mövzusunda mühazirə oxuyub.
Fevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) “Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” adlı XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib.
“Qarabağa dönüş” təşkilatında Bakı Beynəlxalq Multukulturalizim Mərkəzinin təşkilatçılığı ilə keçirilən XI Beynəlvalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib. Təşkilatın rəhbəri, millət vəkili Tural Gəncəliyev müxtəlif ölkələrdən olan əcnəbi tələbələrin tarix böyü sülh və barışın tərəfdarı olan Azərbaycanda bir araya gəlmələrinin təsadüfü olmadığını bildirib. Millət vəkili qeyd edib ki, Bakı Beynəlxalq Multukulturalizim Mərkəzinin həyata keçirdiyi bu təşəbbüslər ölkəmizin beynəlxalq ictimaiyyət arasında nüfuzunun artmasına töhfə verir.
Fevralın 11-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində tarix elmləri doktoru Nəsiman Yaqublunun Azərbaycanda yaşamış polyakların həyatından bəhs edən “Polyakların Azərbaycanda fəaliyyəti” adlı kitabın təqdimatı olub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukrayna nümayəndəliyi və Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə “Azərbaycan dünya multikulturalizm mərkəzlərindən biridir: Azərbaycanda etnik və dini müxtəliflik” mövzusunda dəyirmi masa keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının toplantısı keçirilib. Toplantıda şura üzvləri, BBMM-in əməkdaşları iştirak edib. İclası giriş sözü ilə açan Multikulturalizm Mərkəzi Himayəçilər Şurasının sədri, akademik Kamal Abdulla yeni 2022-ci il münasibətilə toplantı iştirakçılarını təbrik edərək xoş arzularını çatdırıb və Multikulturalizm Mərkəzinin ötən il fəaliyyəti barədə fikirlərini bildirib.
Azərbaycanda səfərdə olan fransız jurnalist və yazıçı Renaud Girard Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində bir qrup dini icma mümayəndələri ilə görüşüb. Görüşdə Mərkəzin müşaviri Aytən Qəhrəman və dini icma nümayəndələri tərəfindən qonağa Azərbaycanda olan multicultural mühit, dövlətin dini icmalara qayğısı barədə ətraflı məlumat verildi.
Şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları zamanı ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək böyük qəhrəmanlıq nümunələri göstərib, igidlik və şücaət nümayiş etdiriblər. Vətən müharibəsində düşmən üzərində qazanılan şanlı Qələbə Azərbaycan xalqının birliyinin təntənəsidir.
Noyabrın 4-də Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Biz birlikdə güclüyük” mövzusunda tədbir keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Ukrayna Konqresinin təşkilatçılığı və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin iştirakı ilə onlayn konfrans keçirilib. 8 noyabr – Zəfər gününə həsr olunmuş tədbir Ukrayna ilə telekörpü şəklində baş tutub.