Tural Gəncəliyev Qış Məktəbinin iştirakçıları ilə görüşüb
“Qarabağa dönüş” təşkilatında Bakı Beynəlxalq Multukulturalizim Mərkəzinin təşkilatçılığı ilə keçirilən XI Beynəlvalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib. Təşkilatın rəhbəri, millət vəkili Tural Gəncəliyev müxtəlif ölkələrdən olan əcnəbi tələbələrin tarix böyü sülh və barışın tərəfdarı olan Azərbaycanda bir araya gəlmələrinin təsadüfü olmadığını bildirib. Millət vəkili qeyd edib ki, Bakı Beynəlxalq Multukulturalizim Mərkəzinin həyata keçirdiyi bu təşəbbüslər ölkəmizin beynəlxalq ictimaiyyət arasında nüfuzunun artmasına töhfə verir. T.Gəncəliyev əcnəbi tələbələrin 19-20 fevral tarixlərində Ağdam və Şuşa şəhərlərinə səfərləri zamanı Ağdamda Cümə məscidi, Qiyaslı kənd məscidi, İmarət saray kompleksi, Şahbulaq qalası, Şuşada Vaqif Məqbərəsi, Bülbülün ev muzeyi, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Qazançı kilsəsi, Şuşa qalası və digər tarixi yerlərdə erməni vandalizminin nəticələrini öz gözləri ilə görmələrinin önəmini vurğulayıb.Qeyd edib ki, dünya Azərbaycan xalqının tarix böyu erməni vəşiliyi ilə üz-üzə qaldığını etiraf etməlidir. “30 il bütün platformalarda Ermənistanın işğalçı, talancı, heç bir dəyərlərə hörmət etməyən bir ölkə olduğunu bəyan edən zaman bəzi dairələr bizimlə razılaşmırdı. İşğaldan azad edilən ərzilərə hər gün müxtəlif səviyyəli əcnəbi qonaqlar gəlir. Onlar erməni vandallığının canlı şahidləridirlər. İndi biz bütün dünyaya erməni vəşiliyini əyani şəkildə göstəririk. Hesab edirəm ki, siz də ölkənizə geri qayıtdıqdan sonra əsl həqiqətləri dostlarınızla, təhsil aldığınız ali məktəblərin rəhbər və professor heyəti ilə bölüşəcəksiniz” deyə millət vəkili bildirdi.
Daha sonra “Qarabağa dönüş” təşkilatının rəhbəri Tural Gəncəliyev “Mədəniyyət ocağı Qarabağ: İşğaldan əvvəl və sonra” mövzusunda təqdimatla çıxış edib. Millət vəkili Qarabağın zəngin tarixi, mədəniyyəti, şəxsiyyətləri, mətbəxi haqqında tələbələrə məlumat verib.
“Qarabağa dönüş” təşkilatının sədr müavini, ADA Unverisitetinin professoru Gülməmməd Məmmədov bildirib ki, 30 il ərzində erməni işğalçıları xalqımıza aid izləri silməyə çalışıblar. “Təssüflər olsun ki, bədnam qoşularımız olan ermənilər üçün heç bir dəyər yoxdu. Onlar təkcə bizim mülklərimizi deyil hətta qəbristanlıqlarımızı və dini abidələrimizi də talan ediblər. İşğaldan azad olunan ərazilərdə indi kütləvi məzarlıqlar aşkarlanır. Həmin məzarlıqlar birinci Qarabağ müharibəsi zamanı kütləvi şəkildə məhv edilən soydaşlarımıza aiddir. Bu erməni qəddarlığının bariz nümunəsidir. Hesab edirəm ki, dünyada ədalətin zəfər çalması üçün ikilistandartlar kənarda qalmalıdır. Cinayətkar öz adı ilə çağrılmalıdır. Qəddarlıq, şiddət, müharibə cinayətləri bütün xalqlar tərəfindən pislənilməli və qınanmalıdır. Əks halda gələcəkdə bu cür müharibə cinayətləri yenə də yaşanacaq”-deyə Gülməmməd Məmmədov vurğulayıb.
Sonda “Qarabağa dönüş” təşkilatı tərəfindən Qarabağın tarixi, mədəniyyəti, şəxsiyyəti haqqında hazırlanmış video çarxlar tədbir iştirakşılarına təqdim olunub.