Multikulturalizm Mərkəzində isveçli jurnalistlərlə görüş keçirilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində İsveçdən gələn jurnalistlərlə görüş keçirilib. Görüş zamanı BBMM-in icraçı direktoru Rəvan Həsənov qonaqlara Azərbaycan multikulturalizm modeli, eləcə də Mərkəzin həyata keçirdiyi layihələr haqda geniş məlumat verib. İsveçli qonaqlar - televiziya və radio jurnalisti, Lokatt Media radio istehsalat şirkətinin ortağı Agneta Nordin, yazıçı, tədqiqatçı-jurnalist Maria Bertell, Stokholmda bir sıra önəmli layihələrin meneceri, telejurnalist Deniz Merdol səfər çərçivəsində erməni işğalından azad edilmiş ərazilərdə olacaqlarını da vurğulayıblar. R.Həsənov Qarabağdaki erməni vandalizmi, mədəni irsə qarşı terror haqda danışaraq, bu həqiqətlərin beynəlxalq səviyyədə işıqlandırılmasının zəruriliyini qeyd edib. Görüşdə BBMM-in müşaviri professor Aytən Qəhrəman da iştirak edib.