Fransız jurnalist Renaud Girard Multikulturalizm Mərkəzində görüş keçirib

Azərbaycanda səfərdə olan fransız jurnalist və yazıçı Renaud Girard Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində bir qrup dini icma mümayəndələri ilə görüşüb. Görüşdə Mərkəzin müşaviri Aytən Qəhrəman və dini icma nümayəndələri tərəfindən qonağa Azərbaycanda olan multicultural mühit, dövlətin dini icmalara qayğısı barədə ətraflı  məlumat verildi. 
Sonra qonağa BBMM-in nəşr etdiyi müxtəlif kitablar hədiyyə edildi.
Qeyd edək ki,  “Ecole Normale Supérieure” və “Ecole Nationale d'Administration”-da təhsil alan Fransız jurnalist və yazıçıdır. “Ecole Normale Supérieure” və “Ecole Nationale d'Administration”-da təhsil alan Renaud Girard 1984-cü ildən Le Figaro-nun əsas beynəlxalq müxbiridir.  
Müharibə müxbiri kimi Afrika, Asiya və Balkanlarda son 35 ilin əsas münaqişələrini işıqlandırıb. Müharibə müxbirləri üçün nəzərdə tutulan “Louis Hachette” və “Bayeux” mükafatlarını qazanıb. 2013-cü ildən etibarən hər çərşənbə axşamı nəşr olunan beynəlxalq Figaro üçün köşə yazıları yazır. “Sciences Po Paris”də strategiya üzrə professordur. 1984-cü ildən Le Figaro-nun əsas beynəlxalq müxbiridir.  
Müharibə müxbiri kimi Afrika, Asiya və Balkanlarda son 35 ilin əsas münaqişələrini işıqlandırıb. Müharibə müxbirləri üçün nəzərdə tutulan “Louis Hachette” və “Bayeux” mükafatlarını qazanıb. 2013-cü ildən etibarən hər çərşənbə axşamı nəşr olunan beynəlxalq Figaro üçün köşə yazıları yazır. “Sciences Po Paris”də strategiya üzrə professordur.

Etiketlər