Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin keçirdiyi növbəti treninqlər yekunlaşıb

 

BBMM treninq iyul 2017

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Azərbaycan multikulturalizmi fənnini elmi əsaslarla tədris edəcək mütəxəssislər üçün təşkil etdiyi növbəti intensiv treninqlər təşkil edib.

İyulun 1-dən 22-dək BBMM-də keçirilən treninqlərdə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Naxçıvan Dövlət Universiteti, Polis Akademiyası, Bakı Avrasiya Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Pedaqojı Universiteti, Azərbaycan Dövlət Sərhəd Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası, Azərbaycan Dövlət Neft və Sənayə Universiteti və Bakı Biznes Universitetinin  müxtəlif elmi dərəcəli alimləri və müəllimləri iştirak ediblər.

Treninqlərdə Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Etibar Nəcəfov,  Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov, tarixçi alim, professor  Həcər Verdiyeva, BBMM-in Analitika şöbəsinin müdiri Rəşad İlyasov  və Azərbaycan Texniki Universitetinin İctimai fənlər kafedrasının dosenti Əyyub Kərimov  müvafiq olaraq "Azərbaycan Respublikasının multikulturalizm siyasəti və ölkənin xarici siyasəti”, “Azərbaycanda dinlərin tarixi”, "Etnik müxtəliflik və Azərbaycan Respublikasınınin multikulturalizm siyasəti ilə bağlı qeydlər”, "Dünya ölkələrində multikulturalizm modelləri”, “Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində tolerantlıq” mövzularında təqdimatlarla çıxış ediblər.

Treninqlər zamanı geniş diskussiyalar aparılıb, gələcəkdə bu fənni tədris edəcək mütəxəssislərin sualları ətraflı cavablandırılıb, onlara əyani vəsait kimi BBMM-in nəşrləri, həmçinin bugünlərdə işıq üzü görmüş ali məktəblər üçün “Azərbaycan multikulturalizmi” dərsliyi  təqdim edilib.

Xatırladaq ki, iyulun 22-də imtahan keçiriləcək və uğurlu nəticə göstərən treninq iştirakçılarına BBMM-in sertifikatları təqdim olunacaq.

Запись Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin keçirdiyi növbəti treninqlər yekunlaşıb впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.