Türkiyədə Azərbaycan multikulturalizmi tədrisinin monitorinqi aparılıb 

 

10530696_873466639374929_9044218112985139834_n

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) təsis olunduğu vaxtdan bəri yerli və xarici universitetlərdə Azərbaycan multikulturalizminin tədrisi layihəsini həyata keçirir. Azərbaycan multikulturalizmi fənninin universitetlərdə aktuallığının və onun davamlılığının təmin edilməsi, fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədilə hər semestrin sonunda BBMM-in müəyyən etdiyi şəxslər tərəfindən monitorinqlər aparılır.

Türkiyənin Kayseridəki Ərciyəs Universitetində dekabrın 16-da  Azərbaycan multikulturalizmi fənninin növbəti monitorinqini BBMM-in baş məsləhətçisi Sevinc Mürvətqızı aparıb. Monitorinq zamanı Sevinc Mürvətqızı Ərciyəs Universitetində Azərbaycan multikulturalizmi fənninin dinləyicilərinə  ölkəmizdəki multikultural mühit, tolerant durum mövzusunda mühazirə oxuyub. Mühazirədə Azərbaycan multikulturalizmi fənnini sözügedən universitetdə tədris edən Qafar Mehdiyev və fənnin dinləyicisi olan tələbələr iştirak ediblər.

Sonda tələbələrin Azərbaycan multikulturalizmi modelinə, mədəniyyətinə, adət-ənənələrinə  dair müxtəlif sualları cavablandırılıb.

Запись Türkiyədə Azərbaycan multikulturalizmi tədrisinin monitorinqi aparılıb  впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.