BBMM tərəfindən “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənnlərinin tədrisi layihəsi çərçivəsində növbəti treninqlər başa çatıb.
Bu fənni tədris edən müəllimlər üçün təşkil olunan treninqlər 03 noyabr – 01 dekabr 2018-ci il tarixlərində keçirilib. 20 nəfər müəllimin iştirak etdiyi treninqlərdə ADU-nun Multikulturalizm ETL-nin elmi işçisi, t.ü.f.d. Əli Fərhadov “Azərbaycan Respublikasının multikulturalizm siyasəti”, BBMM-in Analitika şöbəsinin müdiri Rəşad İlyasov “Dünya ölkələrində multikulturalizm modelləri”, Bakı İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov “Azərbaycanda dinlərin tarixi”, “Azərbaycanda tolerantlıq”, “Müasir dövrdə Azərbaycanda dövlət-din münasibətləri”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin baş məsləhətçisi Həcər Verdiyeva “Etnik müxtəliflik və Azərbaycan Respublikasınınin multikulturalizm siyasəti ilə bağlı qeydlər”, Azərbaycan Texniki Universitetinin professoru Eyyub Kərimov “Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində tolerantlıq və multikulturalizm ideyaları” mövzularında mühazirələr oxuyublar. Treninqi uğurla başa vuran müəllimlərə BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov tərəfindən sertifikatlar təqdim edilib.