İtaliya universitetləri “Azərbaycan multikulturalizmi” fənnini tədris etmək niyyətindədir

 

14752254944534334233_1000x669

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev V Bakı Beynəlxalq Humanitar Forumunun qonaqları olan İtaliya universitetlərinin rektorları və tədris şöbələrinin müdirləri ilə görüşüb.

Görüşdə İtaliyanın Link Kampus Universitetinin prezidenti Vincenzo Scotti, həmin universitetin Erasmus proqramı üzrə əlaqələndiricisi Alessandro Figus, Genuya Universitetinin təhsil departamentinin müdiri Guido Franco Amoretti, Link Kampus Universitetinin baş katibi və başqaları iştirak ediblər.

Kamal Abdullayev Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti, dövlətin ölkəmizdə yaşayan etnik azlıqların hüquqlarının bərabər şəkildə qorunması, bütün dini konfessiyalara bərabər imkanların yaradılması istiqamətində gördüyü işlər haqqında məlumat verib. Dövlət müşaviri bildirib ki, hazırda İtaliya da daxil olmaqla dünyanın 20-dən çox universitetində Azərbaycan multikulturalizm modeli bir fənn kimi öyrənilir, bu fənni uğurla keçən tələbələr üçün ölkəmizdə yay və qış məktəbləri təşkil olunur.

Çıxış edən qonaqlar dünyada mövcud olan multikulturalizm modellərinin öyrənilməsinə böyük maraq göstərdiklərini bildiriblər, Azərbaycan multikulturalizmini xüsusi bir model kimi öyrənmək istədiklərini qeyd ediblər. Onlar rəhbərlik etdikləri universitetlərdə yaxın gələcəkdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlamaqla bağlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə anlaşma memorandumunun imzalanması təklifini irəli sürüblər.

Qonaqlar, həmçinin yaxın vaxtlarda çap olunacaq “Azərbaycan multikulturalizmi” fənninin dərsliyini İtaliyada çap etmək istədiklərini də qeyd ediblər.

Sonda akademik Kamal Abdullayev müəllifi olduğu “Yarımçıq əlyazma” romanının İtaliya nəşrlərini qonaqlara təqdim edib.

Запись İtaliya universitetləri “Azərbaycan multikulturalizmi” fənnini tədris etmək niyyətindədir впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.