Ukraynada Azərbaycan multikulturalizmi fənni onlayn formatda tədrisi davam edir

Ukraynalı tələbələr üçün Azərbaycan multikulturalizmizi seçmə fənninin onlayn formatda yeni kursuna start verilib.
Ukraynalı tələbələr üçün Azərbaycan multikulturalizmi seçmə fənninin yeni kursunun keçirilməsinə başlanılıb. Tədris çərçivəsində tələbələr Azərbaycan multikulturalizmi fenomeni və Azərbaycanda mədəniyyətlərarası, dinlərarası dialoq haqqında məlumat əldə edəcəklər.
Kursun mühazirəçisi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukrayna üzrə nümayəndəsi Qonçaruk Marınadır. Seçmə fənninin tədrisi iki ay ərzində hər cümə günü Zoom platforması üzərindən keçiriləcək. Kursu bitirdikdən sonra tələbələrə sertifikatlar təqdim olunacaq. Azərbaycanda beynəlxalq multikulturalizm yay-qış məktəblərində iştirak etmək üçün kurs iştirakçılarına üstünlük veriləcək.
Birinci dərs çərçivəsində Taras Şevçenko adına Kiyev Milli Universiteti, “Dnepr Politexnik” Milli Texniki Universiteti, Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetindən 30-dan çox tələbə qatılıb. Marına Qonçaruk bildirib ki, müharibə şəraitinə baxmayaraq, Ukraynada dövlət qurumları məktəblərdə və universitetlərdə tədris prosesinin davam etməsi üçün böyük səylər göstərirlər. Tələbələrlə seçmə fənninin tədrisi işinin davam etdirilməsi çox mühümdür. Vəziyyətin çətinliyinə baxmayaraq, tələbələr öyrənir, inkişaf edir və çox çalışırlar. Onların bir çoxu artıq Azərbaycan və Ukrayna multikulturalizmi haqqında araşdırmalar, məqalələr yazmağı planlaşdırır. 
Fənnin tədrisi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığlı ilə həyata keçirilir.